"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Ya Qarabağ azad edilir, ya da dağıdıcı müharibə…

23 Aprel 2015 - 13:27
in GÜNDƏM
FacebookVatsap

33333333333333333

Bunu da oxuyun

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

24 aprel İrəvan şousu: istisi olmayacaq, tüstüsü isə kor edə bilər…; Yeni müharibə ehtimalının güclənməsi, Fransa və Rusiyanın saxta erməni soyqırımı məsələsində özlərini “yandırması” Qarabağ vasitəçiliyində təcili rotasiya tələb edir

Saxta erməni “soyqırımı”nın yubiley mərasimi ilə bağlı İrəvana gedəcək prezidentlər bəlli oldu – bunlar Fransa, Rusiya, Serbiya və cənubi Kiprin başçılarıdır. Onların da ikisi Qarabağ probleminin dinc yolla nizamlanması üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləridir.

Göründüyü kimi, bu iki vasitəçi ölkənin rəhbəri qondarma yubileylə Türkiyəyə qarşı torpaq və ciddi təzminat davası açmaq istəyən, Azərbaycan ərazilərinin işğalına isə haqq qazandırmağa çalışan ölkəyə – Ermənistana səfər etməklə Qarabağa məsələsində də qərəzli olduqlarını bir daha ortaya qoymuş olurlar.

Zatən, Kremlin mövqeyi çoxdan bəlli idi. Rəsmi Parisin ermənipərəstliyi də yeni deyil. Hərgah, Moskva saxta iddiaların ildönümü ilə bağlı Parislə müqayisədə daha korrekt davrandı, o sırada Rusiyada ermənilərə hər hansı kütləvi aksiya keçirməyə, Moskvada Türkiyə səfirliyi qarşısında mitinq təşkil etməyə imkan verilmədi, hətta erməni icmasının güclü olduğu Soçidə şəhər rəhbərliyi mitinqə qadağa qoydu, şəhərdən “soyqırım”ı andıran plakatlar, lövhələr yığışdırıldı.

Üçüncü həmsədr ölkənin – ABŞ-ın 24 aprel “yubileyi”nə yanaşması daha məqbul sayıla bilər ki, bu da əfsus ki, vasitəçilikdə balans, ədalətli münsiflik yaratmaq baxımından yetərli hesab oluna bilməz. Bəs nə etməli? Cavab sadədir: ya 21 ildir danışıqlarla heç bir uğura imza ata bilməmiş Minsk Qrupu tarixin arxivinə verilməli, ya da onun işini canlandırmaq üçün vasitəçilik institutunda keyfiyyət dəyişikliyi aparılmalıdır. Bu isə Türkiyə və Almaniya həmsədrliyə gətirilməklə (“Beşlik” formatı) mümkündür.

Türkiyəyə erməni tərəfin münasibəti məlumdur – hərçənd Bakının da əlində yeni və təsirli kontur-arqumentlər var. Almaniyanın təmsilçiliyinə isə İrəvanın loyal yanaşması təmin edilə bilər.

Yada salaq ki, Almaniya, onun hökuməti və parlamenti, Qarabağla bağlı dəfələrlə beynəlxalq hüquqa söykənən obyektiv mövqe sərgiləyib, ölkəmizin ərazi bütövlüyünü tanıyıb, İrəvanı özünün işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağa çağırıb, Rusiyanı problemin həllini əngəlləməkdə suçlayıb. Prezident İlham Əliyevin son Almaniya səfəri rəsmi Berlinin bu iradəsi kansler Angela Merkel səviyyəsində bir daha ortaya qoyuldu.

Bu yerdə onu da yada salaq ki, aprelin 24-də Bundestaqda (Almaniya parlamenti) 100 illik yubileylə bağlı müzakirəyə çıxarılan sənəd layihəsində “genosid” sözü yer almayıb. Ümid edək ki, rəsmi Berlin “soyqırım” məsələsində bu obyektivliyi və balansı sonadək qoruyub saxlayacaq.

Almaniyanın həmsədrliyə gətirilməsi dövrün impertatividir. Bu ideya (“Beşlik formatı”) indi təkcə Azərbaycanda yox, yavaş-yavaş Qərbdə də dəstək qazanmaqdadır. Həmsədrlik institutunun formatının dəyişdirilməsi ilə bağlı təklifə dəstək bu dəfə ABŞ-dan gəlib. Belə ki, ABŞ-ın Los Anceles şəhərində Loyola Marymount Universitetində Qarabağ münaqişəsinə həsr edilən elmi konfransda Çapman Universitetinin əməkdaşı Ceyms Koyl Minsk Qrupunun fəaliyyətini kəskin tənqid edib, qurum tərəfindən indiyədək görülən işlərin, irəliyə sürülən təkliflərin nəticəsizliyini, fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib və Minsk Qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər ötməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.

Bunu indi həm də Moskvanın və ələlxüsus da Parisin 24 aprel olayları ilə bağlı özlərini “yandırması” diktə edir. Görünür, vəziyyətin fərqindədirlər və bu səbəbdən də 24 aprel törəninə qatılmağın mənfi effektini azaltmaq üçün bu ərəfədə iki paytaxtın – Moskva və Parisin Bakıya ünvanlı bəzi yumşaldıcı jestləri haqda xəbərlər gəlməkdədir.

Biri bəlli – Fransa prezidenti Fransua Olland aprelin 25-də İrəvandan sonra Azərbaycana səfər edəcək. O da bəlli olub ki, 24 apreldə iki ölkənin prezidenti Azərbaycanla münasibətlərin daha da korlanmaması üçün İrəvanda Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanla yan-yana durmaq, birgə görüntülənmək istəməyiblər. Erməni KİV-nin yazdığına görə, artıq Bako Saakyanın aprelin 24-də İrəvana, saxta soyqırımın 100 illiyi ilə bağlı keçiriləcək mərasimə qatılmayacağı təsdiqlənib. Yəni faktiki, separatçı liderə qadağa qoyulub (Bu barədə dünənki sayımızda ətraflı yazmışıq).

* * * * *

Lakin bu kimi reveranslar çətin ki, əsas nəticəyə təsir göstərsin, Minsk Qrupunu hazırkı formatdan xilas eləsin. Fakt budur ki, Fransa və Rusiya Qarabağ məsələsində ermənipərəst mövqedə qalmaqda davam etməklə, 24 aprel şousuna qatılmaqla üçlü həmsədrlik formatının “tabutu”na son mismarlar vurmaqdadır.

Bu acı sonluğu, ən başlıcası, get-gedə güclənməkdə olan müharibə ehtimalını yalnız Ermənistanın ərazilərimizi işğaldan azad etməyə başlaması dəyişə bilərdi. 24 apreldən sonra belə bir prosesin Minsk Qrupunun indiki həmsədrlərinin səyləri ilə başlayacağını düşünmək, yumsaq desək, inandırıcı görünmür. Keşkə yanılaydıq.(musavat.com)

Previous Post

Ya Qarabağ azad edilir, ya da dağıdıcı müharibə…

Next Post

TƏLƏT PAŞANIN QATILININ OĞLUNDAN DƏHŞƏTLI ETIRAF

Bənzər yazılar

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29

Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı...

Next Post

TƏLƏT PAŞANIN QATILININ OĞLUNDAN DƏHŞƏTLI ETIRAF

TƏLƏT PAŞANIN QATILININ OĞLUNDAN DƏHŞƏTLI ETIRAF

Son xəbərlər

Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

26 Oktyabr 2026 - 17:26
“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

26 Oktyabr 2026 - 17:18
Niderland tropik meşələrin mühafizəsi üçün 500 milyon dollar ayıracaq

Niderland tropik meşələrin mühafizəsi üçün 500 milyon dollar ayıracaq

26 Oktyabr 2026 - 17:09
Ər-Riyad regional böhranın tərəflərini danışıqlara çağırıb

Ər-Riyad regional böhranın tərəflərini danışıqlara çağırıb

26 Oktyabr 2026 - 17:03
TKTA Hesablama Palatasının auditinin nəticələri ilə bağlı məsələyə aydınlıq gətirib

TKTA Hesablama Palatasının auditinin nəticələri ilə bağlı məsələyə aydınlıq gətirib

26 Oktyabr 2026 - 16:55
QHT-lər üçün qrant müsabiqəsi elan edilib

QHT-lər üçün qrant müsabiqəsi elan edilib

26 Oktyabr 2026 - 16:47
Pentaqon BYD avtomobillərini strateji bazadan təcrid edir

Pentaqon BYD avtomobillərini strateji bazadan təcrid edir

26 Oktyabr 2026 - 16:35
Azərbaycan və Niderland XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Azərbaycan və Niderland XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

26 Oktyabr 2026 - 16:24
Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi

26 Oktyabr 2026 - 16:16
İndoneziya şirkətlərinin Qarabağda həyata keçirilən layihələrdə iştirakı müzakirə olundu

İndoneziya şirkətlərinin Qarabağda həyata keçirilən layihələrdə iştirakı müzakirə olundu

26 Oktyabr 2026 - 16:10
Kvaratsxeliya “Qızıl top”un təqdimetmə mərasimində iştirak etməyəcək

Kvaratsxeliya “Qızıl top”un təqdimetmə mərasimində iştirak etməyəcək

26 Oktyabr 2026 - 16:01
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14
Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59
Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.