Nərimanov Rayonu ərazisində yerləşən və xalq arasında "saatlı bina" olaraq tanınan binanın üzərindəki saatın yenidən quraşdırılmasından sonra sosial şəbəkələrdə "IIII" rəqəminin yanlış yazılışına dair fikirlər səslənməyə başlayıb. Elchi.az olaraq bu məqama aydınlıq gətirmək üçün araşdırmalara başladıq. Gizlətmədən əlavə edək ki, ortaya özümüzün də gözləmədiyimiz mənzərə çıxdı - saatın üzərində "IIII" yazılmasının haqlı səbəbləri var imiş.
Öncəliklə qeyd edək ki, tarix boyu istehsal olunan divar saatlarının az qala hamısında "IIII" yazılışından istifadə olunub. Bəs bunun səbəbi nədir?
Araşdırmamız zamanı məlum oldu ki, bunun müxtəlif səbəbləri var. Həmin səbəbləri ardıcıllıqla belə sıralamaq mümkündür:
1 - Yupiter nəzəriyyəsi: Qədim romada IV (IVPITER) olaraq yazılan tanrı yupiteri göstərmişdir. Lakin yupiterin Roma imperiyası dağıldıqdan sonra heç bir əhəmiyyəti qalmayıb.
2 - Ənənə: Ənənəvi olaraq qədim saatlar "IIII" rəmzini istifadə etdiyindən, bu "yanlış" davam etdirilib.
3 - "Günəş kral" nəzəriyyəsi: Günəş kral ləqəbli 14-cü Lui- Luis XIV saatsazlara adındakı IVÜ bənzətməsinin aradan qaldırılması üçün "IIII" istifadə etmələrini əmr edib və bunu qəbul etdirib.
4 - Mətbəçilik dizaynı və və ya "IV" və "VI" saylarının çox bənzər olduğundan, qarışdırmamaq üçün IV yerinə "IIII" istifadə edilməsi
5 - Bizə ən tutarlı izah elə budur - Simmetriya; IIII istifadə ediləndə onun tam qarşısına 8 rəqəminin rum rəqəmi ilə yazılışı olan "VIII" ilə daha simmetrik durur. Həmçinin IV yerinə IIII istifadə ediləndə; İlk dörd rəmz I və onun artımı, 2-ci dördlük V və onu əhatə edənlər, sonuncu 4 rəqəm isə X və onu ifadə edən dördlükdən ibarət olur. Bu da simmetriya və nizamı artım (I II III IIII - V VI VII və IX X XI XII) olaraq gözəl görünür.
6 - Tarazlıq: Xüsusilə ağır, saatlı binalarda və ya kilsə saatlarında IV ün qarşısındakı VIII ilə ağırlıq fərqinin ortadan qaldırılması üçün "IV" yerinə IIII yazılır.
Göründüyü kimi, Nərimanov rayonunda restovrasiya edilərək yenidən quraşdırılmış saatda "IIII" yazılışı heç də yanlışlığın nəticəsində meydana çıxmayıb. Əlbəttə əgər binanın tarixi mahiyyəti nəzərə alınmasaydı o zaman modern saatçılıqda nadir hallarda istifadə olunan "IV" yazılışından da istifadə etmək mümkün olardı. Amma bütün hallarda Roma imperiyasından bu günə kimi çatan ənənəni pozmaq doğru olmazdı.
Elchi.az