"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Saatlar Bakıda qurulur – ölkəmizə güclənən emissar axınının pərdəarxası 

12 Aprel 2017 - 10:16
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Rusiyanın Xəzərdə “əzələ nümayişi”nə başladığı gündə bu ölkənin baş xəfiyyəsi Bakıya gəldi; Patruşev getməmiş Türküyə admiralı paytaxtımıza varid oldu – bölgədə nə baş verir?..

Bunu da oxuyun

İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Azərbaycan yenidən regional geosiyasi proseslərin episentrində yer alıb. ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşündən sonra bu, növbəti analoji gəlişmə hesab oluna bilər. Belə təəssürat yaranır ki, ölkəmiz ətrafında hansısa mühüm bir proses başlayıb və bu prosesdə Azərbaycana da strateji coğrafi məkan olaraq, özünəməxsus yer ayrılıb.

Son bir həftədə Bakıya xüsusən də şimaldan emissar axınının artması diqqət çəkir. O sırada ilk öncə Rusiyanın əsas təbliğat ruporlarından olan araşdırmaçı-jurnalist, teleaparıcı Vladimir Solovyovun Bakı səfəri və səfər çərçivəsində prezident İlham Əliyevlə görüşünü qeyd eləmək lazım gəlir. Ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəldi və prezident İlham Əliyevlə görüşdü. Dünən isə Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bir araya gəlib.

Image result for Nikolay Patruşev və Ramiz Mehdiyev
Rəsmi məlumatlara görə, bu təmaslar zamanı ölkələr arasında ikitərəfli münasibətlər, beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq, Suriya məsələlərini müzakirə ediblər. “Nikolay Patruşev və Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun həmişə etimadlılıq və konstruktivliklə fərqləndiyini qeyd ediblər”. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində belə deyilib. Tərəflər həmçinin təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
*****
Dünən isə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülənd Bostanoğlu Azərbaycana 3 günlük rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Maraqlıdır ki, türk admiralın səfəri Patruşevn Bakını tərk etdiyi günə və Xəzərdə Rusiya hərbi gəmilərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən cəmi bir gün sonraya təsadüf edir. Bu olaylar arasında birbaşa bağlılıq olmasa da, əslində məntiqi əlaqə yox deyil. Hər necə olmasa, Rusiyanın Xəzərdə növbətin “əzələ nümayişi”ndən həmişəki kimi, Azərbaycana da pay düşür. Patuşevin Bakı səfərinin həm də Xəzər dənizində belə bir “güc nümayişi” fonunda reallaşması diqqətdən yayına bilməz.

Image result for Türkiyə Hərbi Dəniz Qüvvələri komandanının Bakıda gəlişi
Belə olan surətdə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanının Bakıda gəlişi müəyyən mənada yerinə düşür və 1 nömrəli təbii müttəfiqimizin Azərbaycana müdafiə xarakterli mesajı kimi dəyərləndirilə bilər. Suriya rejiminə ABŞ-ın məlum raket zərbəsindən dərhal sonra gərginləşən ABŞ-Rusiya, həmçinin Ankaranın bu hücumu dəstəkləməsinin ardınca sərinləşən Rusiya-Türkiyə münasibətləri Azərbaycan üçün də yeni situasiya yaradıb.
İstisna deyil ki, Bakı səfərləri həm də mövcud situasiyada Azərbaycanın mövqeyini və yerini dəqiqləşdirmək niyyəti güdür. Yəni bir növ Bakı da seçimlə üz-üzə qoyulmuş kimidir. Bu seçim son günlər gündəmi zəbt eləmiş Rusiya-ABŞ (NATO) hərbi qarşıdurması fonunda xüsusilə aktual görünür.
*****
Bəs iki fövqəlgüc Suriyaya görə toqquşa bilərmi və o halda bu toqquşma Azərbaycanın maraqlarına hansı təsirləri göstərə bilər?
“İstənilən halda Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya getməyəcək”.

Bu sözləri axar.az-a açıqlamasında ABŞ-ın Suriya hökumət qüvvələrinin bazalarına endirdiyi zərbələrdən sonra ABŞ-Rusiya gərginliyinin artması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ Rusiyaya qarşı hərbi strateji tədbirləri daha da sərtləşdirəcək.

Image result for Qabil Hüseynli
“Söhbət Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən gedir. Artıq Konqresdə embarqoların siyahısı dəqiqləşdirilir. Bundan sonra Rusiya üçün ağır günlər başlayacaq. Vaxtilə Rusiyanın Suriya hadisələrində bataqlığa batdığını deyəndə bəziləri bunu istehza ilə qarşılayırdı. Ancaq bu gün aydın olur ki, Rusiya Suriyada çox ciddi problemlə üzləşib. Rusiyanın Suriyadakı hərbi hava zərbələri Moskvanın bu ölkəyə ciddi köməyi anlamına gəlmir. Yaxın vaxtlarda biz ABŞ-ın NATO ilə birlikdə Suriyada irimiqyaslı hərbi əməliyyatlarının şahidi olacağıq. Suriyada Əsədin devrilməsi də bu əməliyyatların tərkib hissəsidir. Bəziləri hesab edir ki, bu, Rusiya-ABŞ toqquşmasına gətirib çıxaracaq. Ancaq Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya getməyəcək. Çünki hərbi qüvvələr nisbəti kəskin şəkildə NATO-nun xeyrinədir. Üstəlik, Rusiyada iqtisadi vəziyyət ürəkaçan deyil. Rusiyanın arxa cəbhəsi ön cəbhəni təchiz etmək qüdrətinə malik deyil. Ancaq Alyans ölkələri texnoloji cəhətdən inkşaf etmiş silah ehtiyatlarına malikdirlər və tez bir zamanda Rusiyanı lokallaşdıra bilərlər. Zənnimcə, Rusiya bundan sonra əvvəlki tək aqressiv olmayacaq və mənasız qarşıdurmalara getməyəcək. Moskva məsələləri kompromislər yolu ilə çözməyə çalışacaq. Əks təqdirdə, Rusiya tarixdə ən böyük məğlubiyyətini yaşaya bilər”, – deyə politoloq qeyd edib.
*****
Politoloqun söylədikləri rus emissarların Bakı səfərlərinin pərdər arxasına başqa yandan güclü işıq salır. Belə qənaət hasil olur ki, ABŞ-ın (NATO-nun) Yaxın Şərq, Suriya böhranı ilə bağlı hansısa gizli “yol xəritəsi” var və bu “xəritə” özündə hərbi faktoru da ehtiva edir. Başqa sözlə, Qərbin yeni hərəkət planı Rusiya və Türkiyənin Suriya ilə bağlı maraqlarına da toxunur və böyük bir region təzədən şəkillənmə ərəfəsindədir. Demək, bölgə ilə həmsərhəd ölkə kimi Azərbaycandan böyük güclərin də umacaqları var.

Previous Post

Saatlar Bakıda qurulur – ölkəmizə güclənən emissar axınının pərdəarxası 

Next Post

Abbas Abbasov yenidən Kremlin layihəsində – “Rusiyanın gizli namizədi” bilindi

Bənzər yazılar

İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

25 Avqust 2026 - 11:27

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. Elchi.az xəbər verir ki,...

Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

25 Avqust 2026 - 10:58

Suriya Prezidenti Əhməd Şara ABŞ-ın Suriyanı "terrorizmi dəstəkləyən dövlətlər" siyahısından çıxarmasından sonra ölkəsinin inkişaf, yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

25 Avqust 2026 - 10:23

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Elchi.az xəbər verir...

Next Post

Abbas Abbasov yenidən Kremlin layihəsində - "Rusiyanın gizli namizədi" bilindi

Abbas Abbasov yenidən Kremlin layihəsində - "Rusiyanın gizli namizədi" bilindi

Son xəbərlər

Azərbaycana gələn turistlərin sayı AZALIB

Azərbaycana gələn turistlərin sayı AZALIB

25 Avqust 2026 - 13:44
Qəbul planı 97 faizdən çox dolub

Qəbul planı 97 faizdən çox dolub

25 Avqust 2026 - 13:30
Bakıda mənzildə yanğın söndürülüb, 8 nəfər təxliyə edilib

Bakıda mənzildə yanğın söndürülüb, 8 nəfər təxliyə edilib

25 Avqust 2026 - 13:14
Zelenski: “Rusiya 300 min vətəndaşı səfərbər etmək istəyir”

Zelenski: “Rusiya 300 min vətəndaşı səfərbər etmək istəyir”

25 Avqust 2026 - 13:00
Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb

25 Avqust 2026 - 12:45
Sabahın hava proqnozu açıqlanıb

Sabahın havası açıqlandı

25 Avqust 2026 - 12:27
DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

25 Avqust 2026 - 12:16
Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

25 Avqust 2026 - 12:07
Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:53
Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:47
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

25 Avqust 2026 - 11:33
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

25 Avqust 2026 - 11:27
Medvedev Zelenskinin taleyini açıqladı

Medvedev Zelenskinin taleyini açıqladı

25 Avqust 2026 - 11:25
Makron “istəklilər koalisiyası” təlimlərini elan etdi

Makron “istəklilər koalisiyası” təlimlərini elan etdi

25 Avqust 2026 - 11:12
Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

25 Avqust 2026 - 10:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.