"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Abbas Abbasov yenidən Kremlin layihəsində – “Rusiyanın gizli namizədi” bilindi

12 Aprel 2017 - 10:21
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Sabiq vitse-primyer “ehtiyat skamyadan” çıxır;ÜAK-la bağlı problem ortaya çıxmamışdan öncə xəbərlər vardı ki, A.Abbasov yenidən fəallaşıb, Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün təzədən başına toplamağa başlayıb; onun hesablaya bilmədiyi isə hakimiyyətin onun “ağaları” ilə hər zaman anlaşmaq imkanının olmasıdır…
Rusiya Ədliyyə Nazirliyinin Azərbaycanın diaspora təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək və fəaliyyətini dayandırmaq üçün Ali Məhkəməyə göndərdiyi müraciətdən sonra diqqətlər yenidən iki ölkə arasındakı münasibətləri pozmaq istəyən qüvvələrə yönəlib.
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov mətbuata son müsahibəsində bu mövzuda sensasion sayılacaq iddialar səsləndirib. Deputat ÜAK-ın qeydiyyatı ilə bağlı problemi “Rusiya ilə Azərbaycanın arasına girən qüvvələrin mövcudluğu” ilə izah edib. Y.Abramov deyib ki, “yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2013-cü il seçkiləri ərəfəsində ”Milyarderlər ittifaqı” kimi, oxşar hadisələr baş verə bilər. Onu bilirəm ki, narazı olan və vaxtilə əldə etdiyi səlahiyyətləri bu gün itirən bəzi şəxslər belə bir addım atıb, suyu bulandırmaq istəyir. Buna oxşar addımlar 4 il öncə də olmuşdu. Həmin vaxt Azərbaycanda prezident seçkiləri yaxınlaşırdı. Seçkilər ərəfəsində həmin qüvvələr özlərinin uydurduğu namizədləri irəli sürürdülər. Ona görə də əgər Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciətini qəbul edərsə, o zaman çox keçməz, onların uydurduğu namizəd də ortaya çıxa bilər” deyə, deputat bildirib.
İsrail hakimiyyəti ilə də əlaqələri olan Y.Abramov parlamentdə ən məlumatlı deputatlardan biri hesab edilir. O, ad çəkməsə də, söhbətin Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdan getdiyinə açıq işarə edib. Çünki 2013-cü il prezident seçkilərindən öncə “AzərRos”un rəhbəri olan A.Abbasov Moskvada tələm-tələsik Moskva azərbaycanlılarının birliyini – “Milyarderlər ittifaqı”nı yaratmışdı. Bəzi Azərbaycan milyonçularını başına toplayan A.Abbasovun məqsədinin heç də güclü diaspora yaratmaq olmadığı tezliklə üzə çıxdı. Sabiq vitse-primyer Kremlin dəstəyindən ürəklənərək Azərbaycan hakimiyyətinə qarşı bəyanatlar verməyə, hətta Bakını hədələməyə cəsarətləndi. Bakıda Milli Şura quraraq ən yaxın adamı hesab olunan Rüstəm İbrahimbəyovun müxalifətin namizədi olmasına nail oldu.

Bunu da oxuyun

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Image result for Abbas Abbasov
Hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun “prezidentlik iddiası” yarımçıq saxlanıldı, onun Milli Şuradakı namizədi seçkiyə qatılmaqdan imtina etdi, özünə isə bütün yarvarışlarına baxmayaraq Bakıya gəlmək yasaq olundu, Gəncədə deputat olan oğlu 2015-ci il seçkilərində iştirakdan uzaqlaşdırıldı. Nəhayətdə isə ötən ilin oktyabrında “AzerRos”da son görəvini-Ağsaqqallar Şurasına sədrliyi də təhvil verdi, siyasətdən çəkildiyini bəyan etdi.
Amma elə o zaman da aydın idi ki, A.Abbasov xarakterində olan adam “siyasət meydanından” birdəfəlik çəkiləsi deyil, bu, bəlkə də yeni bir oyun hazırlığı üçün “ehtiyat skamyada” dincəlmək şansıdır.
Hələ ÜAK-la bağlı problem ortaya çıxmamışdan da belə xəbərlər vardı ki, A.Abbasov yenidən fəallaşıb və Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün yenidən başına toplamağa başlayıb. Bildirilirdi ki, A.Abbasov bu dəfə revanş alacağını, onu Bakıya buraxmayan hakimiyyətin hətta ona baş nazir vəzifəsi təklif edəcəyini iddia edir.
A.Abbasov hələ ki gizli fəaliyyətə üstünlük versə də, ona yaxın adamların artıq “donu açılıb”. Məsələn, “AzərRos” da onun ən yaxın adamlarından biri olan qurumun Nijniy-Novqorod təşkilatının Ağsaqqallar Şurasının üzvü Vidadi Abbasov fəal şəkildə ÜAK-ın əleyhinə aşkar təbliğat aparır. Onun ötən həftə contact.az-a verdiyi müsahibə bunu sübut edir.

Image result for Vidadi Abbasov
V.Abbasov iddia edir ki, ÜAK faktiki olaraq 7 ildir qanunsuz fəaliyyət göstərir. O, Azərbaycan üçün vacib bir qurumla bağlı yaranmış problemdə kimin tərəfində olduğunu açıq etiraf edir. “Mən 2012-ci ildə hamı üçün mütləq olan təkrar qeydiyyatdan keçə bilməyən təşkilatlar tanıyıram ki, Rusiya Ədliyyə Nazirliyi onların hamısını hələ 2012-2013- cü illərdə ləğv edib. Amma ÜAK üçün Ədliyyə Nazirliyi istisna edib, yeddi il ərzində bu təşkilatın öz fəaliyyətini RF qanunu əsasında rəsmiləşdirməməsinə göz yumub” deyə, o bildirib.
Vaxtilə A.Abbasovla çox yaxın münasibətləri olan Söyün Sadıqovun da buna bənzər fikirlər səsləndirməsi ÜAK-ın qeydiyyatı ilə bağlı məsələnin necə sonunclanmasından asılı olmayaraq, pərdəarxası oyunların daha ciddi məcraya yönəldiyindən xəbər verir.
Təsadüfi deyil ki, Yevda Abramov da baş verənləri “Rusiyada olan qüvvələrin Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd hazırlığı” kimi qiymətləndirib. Bu o deməkdir ki, ÜAK-la bağlı problem əslində bir repitisiya-məşq hesab oluna bilər, bunun arxasınca ortaya yeni oyunlar, hətta A.Abbasovu kölgədə qoyan oyunçular da atıla bilər.

Image result for Yevda Abramov
Amma belə güman etmək olar ki, 2018-ci il seçkiləri ərəfəsində A.Abbasov Rusiyadakı qüvvələrin maraqlarına indilikdə daha çox uyğun olan fiqurdur. Əvvəla ona görə ki, hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun itirəcəyi bir şey qalmayıb. O, hətta özünün vaxtilə dediyi kimi, “imkan verməsələr, Bakıda dəfn də edilməyəcək”. İkinci bir məqam, A.Abbasovun hakimiyyət hərisliyidir. Onu tanıyanların dediyinə görə, bütün kateqoriyadan olan insanlarla (hətta kriminal aləmlə-“YM”.) ünsiyyət qurmaqda usta olan A.Abbasov məhz birincilik iddiası səbəbindən heç vaxt siyasi uğur qazanmayıb, əksinə, təmsil olunduğu yerlərdə intriqa ocaqları yaradıb ki, “AzərRos”la bağlı qalmaqalları xatırlamaq kifayətdir. Nəhayət, A.Abbasov burada hələ də özlərini məharətlə gizlədən adamlarına güvənə bilər. Hansı ki, onların bir neçəsi “Milyarderlər ittifaqı” oyunundan sonra “özünü yandırdı”.
A.Abbasovun hesablaya bilmədiyi isə hakimiyyətin onun “ağaları” ilə hər zaman anlaşmaq imkanının olmasıdır. Bəlkə də sabiq vitse-primyer də bunları bilir, amma başqa yolu da yoxdur…

Previous Post

Abbas Abbasov yenidən Kremlin layihəsində – “Rusiyanın gizli namizədi” bilindi

Next Post

ÇL, 1/4 final: Münhendə erkən final

Bənzər yazılar

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28

Finlandiya Prezidenti Aleksander Stubb Rusiya lideri Vladimir Putinə məhz indi zəng etməsini ABŞ-ın təşəbbüsləri fonunda Avropa ölkələrinin danışıqlarda daha fəal...

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

27 Oktyabr 2026 - 10:06

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti...

Next Post

ÇL, 1/4 final: Münhendə erkən final

ÇL, 1/4 final: Münhendə erkən final

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.