ABŞ-ın 43-cü prezidenti Corc Buş Tbilisidə keçirilən “Putinizmin qələbəsi” beynəlxalq konfransının iştirakçıları qarşısında çıxış edib. Sabiq prezidentin məktubunu ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kramer oxuyub.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, Buşun sözlərinə görə, indi bütün dünyanın diqqəti Ukraynaya yönəlib.
O, hesab edir ki, bu müharibənin nəticəsi dünyada, o cümlədən, Gürcüstanda demokratiya və azadlığa çox böyük təsir göstərəcək.
“Ukraynadakı qələbə həm də Putinin işğalından 15 il sonra ölkənizin 20%-nin Rusiya tərəfindən işğalına son qoymağa yol aça bilər”, – deyə Buş bildirib.
O, əlavə edib ki, gürcü xalqı NATO və Avropa İttifaqına (Aİ) üzvlük yolu ilə Transatlantik Demokratik İcma üzvlüyünü güclü dəstəkləməyə davam edir:
“Gürcüstan hökumətinin demokratik dəyərlərə sadiqliyi ilə bağlı suallar qalır. Şəxsən mənim tanıdığım üçüncü prezidentiniz-Mixail Saakaşviliyə həbsxanada necə rəftar edildiyini görəndə ürəyim parçalanır. Bir çoxları Rusiyanın ölkənizdə artan təsirindən narahatdır”, – Corc Buş bildirib.
Yeganə