Xüsusi Penitensiar Xidmətin tibb şöbəsinin rəisi Malxaz Urtkmelidzenin sözlərinə görə, məhkəmə tərəfindən idarəyə verilən “Empatiya” mərkəzinin rəyinin bir hissəsinə əsasən, məhkum Mixail Saakaşvilinin zəhərlənməsi faktı təsdiqini tapmayıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Urtkmelidzenin jurnalistlərə verdiyi məlumata görə, təqdim olunan sənədlərə əsasən, Mixail Saakaşvilinin bədənində zəhərli maddə yoxdur və bütün göstəricilər normadan kəskin aşağıdır:
“Tədqiqatların aparıldığı və nəticələrin məxfi olmadığı, hər kəs üçün əlçatan olduğu NMS Labs laboratoriyasının saytında həm minimum hədd, həm də icazə verilən norma göstərilib. Məlum olub ki, onların həmin laboratoriyada verdiyi rəqəmlər, yəni nəticə normadan aşağıdır. Həmin sənəd sübut edir ki, orqanizmdə zəhərli miqdarda zəhərli maddə yoxdur”.
Yeganə