Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik er-Rabia Türkiyəyə səfərinin ikitərəfli münasibətləri ortaq maraqlar çərçivəsində əməkdaşlığa çevirmək məqsədi daşıdığını bildirib.
Elchi.az xəbər verir ki, Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Rəbiə İstanbuldakı oteldə Diyanət İşləri Başçısı Əli Ərbaşla birgə mətbuat konfransı keçirib.
Rabia Erbaşa dəvətinə görə təşəkkür edib və iki qardaş ölkə arasında “tarixi və strateji əlaqələrin” olduğunu bildirib.
“Bu səfər həm də iki ölkə hökumətləri arasında strateji tarixi əlaqələri əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə ortaq maraqlara xidmət edəcək şəkildə inkişaf etdirmək məqsədi daşıyır”, – deyə Rabia bildirib.
Şayəstə