Polşa Ukraynada xüsusi əməliyyat başlayandan sonra aktiv hərbiləşdirməyə başlayıb. İndi Varşava “dəli sürətlə” silahların alınması üçün müqavilələr imzalayır. Bunu Fransanın “Le Figaro” nəşrinin analitikləri deyib.
Elchi.az xəbər verir ki, onların sözlərinə görə, Polşa Müdafiə Nazirliyi ordunun şəxsi heyətini 130 min əsgər artırmaq, həmçinin hərbi xərclərə əlavə vəsait ayırmaq niyyətindədir.
Mütəxəssislər yaxın gələcəkdə Polşa tanklarının sayının Fransanın tank arsenalını bir neçə dəfə üstələyəcəyini istisna etmirlər.
Analitiklər əmindirlər ki, Varşava Moskvanın “təcavüz”ündən qorxur, ona görə də o, sürətləndirilmiş hərbiləşdirmə aparır.
Avropa Müdafiə Agentliyinin keçmiş direktoru Klod Frans Arno deyib: “Tarixən Rusiya onlar üçün irsi düşməndir”.
Şayəstə