Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib.
Elchi.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən iclasda “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyət müzakirə olunub.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizat və kadr hazırlığı ilə bağlı yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin, “Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstəriləcək əhatəli, əlçatan və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibbi xidmətin planlaşdırılması, strateji hədəflər və fəaliyyət istiqamətində müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşib və müvafiq tapşırıqlar verilib.






















Əhsənəlləşdirən məlumatı paylaşdığınıza görə. Həkimlər işğaldan azad olunmuş torpaqlarımıza da *səhiyyə* xidməti aparır, çox gözəl. Bu, həqiqətən vacib bir işdir, xalqımız buna layiqdir. Allah bütün həkimlərimizə güc versin.
Ay səhiyyə naziri, yaxşı eləyib aparıb o yerlərə xidmət. Həmişə belə olsun, shiyy işləri güclü olsun. Allah köməkləri olsun.
Çox gözəl fikir, tam dəstəkləyirəm! Az qala unutmuşdum ki, işğaldan azad edilmiş ərazilərdə də şiyyyə ehtiyac var. Səhiyyə Nazirliyinin bu məsələyə nə qədər ciddi yanaşdığını görmək ürəyənicədir. Ümid edək ki, hər şey planlaşdırıldığı kimi gedər.