"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Qoy onlar son qəhrəmanlarımız deyil, sonuncu şəhidlərimiz olsunlar!”

11 Noyabr 2014 - 22:22
in CƏMİYYƏT
FacebookVatsap



Oxucularımıza çox nəfis bir tərtibatda yeni çap olunan “Şəhidlik Zirvəsi” kitabını təqdim edirik. Vətən10751733_774309045968737_1906972734_n torpaqları uğrunda canını qurban vermiş şəhid Amil Novruz oğlu Əliyevdən bəhs edən kitabda, ayrı-ayrı müəlliflərin qələmə aldığı yazılar toplanmışdır. Aqil Alışovun “Şəhid şikəstəsi” yazısı ilə başlayan bu kitabda, yazı müəllifinin Fransa xalqının dahi sərkərdəsi Napaleonun müdrik kəlamını diqqətinizə çatdırmaq istəyirəm: “Şəhidləri şəhid edən ölümləri deyil, ölümlərinin səbəbidir”. Beləcə, kitabı varaqladıqca, şəhidlik zirvəsi adına uyğun olaraq: “Mübariz kimi şəhid olmaq arzusu” (Ramin Deko, Azadlıq qəzeti), “Yollar şahid oldu” (Qədiməli Ağayev), “Sonuncu şəkil” (İdris Şükürlü, Milli qürur qəzeti), “Vətənə sipər oğul” (Samir Qurbanov, Region-Press qəzeti) kimi müəllif yazıları bir-birini tamamlayır. Ədəbi- publisit yazılarla bir-birini əvəz edən bu kitabda milli qürur hissi, vətən sevgisi, mübarizlik, qəhrəmanlıq qeyd olunan bütün müəllif yazılarında ön planda dayanır. Eləcə də, bu kitabda 24 yaşlı şəhid qəhrəman Amil Əliyevin ömür yolu, müəllif yazılarında və kitab səhifələrində əksini tapmış, foto-albom vasitəsi ilə ətraflı şəkildə oxuculara təqdim olunmuşdur.
Kitab səhifəsindəki foto-albomda diqqət çəkən məqamlardan biri də, şəhidimizin oğlu balaca Yusifin atasının məzarını gül dəstəsilə ziyarət etməsidir. Bu il sentyabrın 22-də balaca Yusif 4 yaşını qeyd etdi, onun ad günündə doğmaları, əzizləri, bir sözlə, hər kəs vardı, amma… Uşaq xəyallarında, yenə də “atam gələcək, mənə tapança alacaq”-deyə, qürurlu, şirin kəlmələriylə qəlbləri dağlayır, ürəkləri yandırırdı, Yusif. Biz də təbrik edirik, müqəddəs Yusif adının qoyulduğu gün mübarək, deyirik!..
Tofiqə bibinin hər addımbaşı şirin sözü-söhbətidir, sənin xatirəyə dönmüş kəlmələrin, Amil. O kəlmələrin ki, bu gün öz yerini, öz əksini tapdı həyatda:

Bunu da oxuyun

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

– Bibi qurban, sən gizirsən, təzə gələn əsgərlərimizdən muğayat olursuz? Axı onlar hələ xidmətin nə olduğunu bilmirlər…

–Əlbəttə, bibican, bu gün əsgərlərimizin də, gizirlərimizin də, zabitlərimizin də qarşıya qoyduğu bir məqsəd var, düşmən üzərində qələbə çalmağa hər an hazır olmaq. Mən də bu hisslərlə yaşayıram, o mənfur yağıların üzərinə sonadək gedəcəyəm…
Amil Əliyev dostlarına sədaqətli olmaqla bərabər, vətən torpaqları üçün həmişə narahat idi. Qəlbinin dərinliyindəki nigarançılıq hissi  onu rahat buraxmırdı. Müəllif yazılarının birində qeyd olunduğu kimi: “Sabahısı gün, yəni iyunun 5-də bacısının gəlin köçəcəyini bilsə də, o, iyunun 4-də hərbi hissəyə yola düşdü.” Hətta ata-anası bircə gün qalıb şənlikdə iştirakını istəsələr də, o, yolundan qalmadı! Və…beləcə bitdi bir əsgər ömrünün balladası.
Təbii ki, hələ çox qəhrəmanlarımız olacaq. Çünki odlar yurdu Azərbaycan həmişə qəhrəmanlar diyarı olub. Nəhayət, son olaraq müəllif yazılarının birində qeyd olunur: “Qoy onlar  son qəhrəmanlarımız deyil, sonuncu şəhidlərimiz olsunlar!”

SAMİR QURBANOV

Previous Post

“Qoy onlar son qəhrəmanlarımız deyil, sonuncu şəhidlərimiz olsunlar!”

Next Post

FİFA-dan şok qərar

Bənzər yazılar

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki,...

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30

Avqustun 3-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında imal-şərq küləyi...

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03

Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı üzərindən...

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib. Elchi.az xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və...

Next Post

FİFA-dan şok qərar

FİFA-dan şok qərar

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.