"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şəhid ailələri Milli Məclisin qarşısında “qanpulu” tələb etdilər – FOTOLAR

13 Fevral 2015 - 18:18
in XƏBƏR LENTİ
FacebookVatsap
Şəhid ailələri Milli Məclisin qarşısında “qanpulu” tələb etdilər - FOTOLAR

Fevralın 13-də şəhid ailələrinin bir qrupu Milli Məclisin rəhbərliyi ilə görüşmək üçün növbəti dəfə parlamentin binasının yaxınlığına toplaşmışdılar. Onlar bildirdilər ki, doğmalarını itirdiklərinə görə almalı olduqları sığortanı (qanpulu) hələ də əldə edə bilmirlər.
Qubadlıdan didərgin düşmüş Dəmir Allahverdi oğlu dedi ki, bir oğlu şəhiddir, digəri isə ikinci qrup Qarabağ əlilidir: “Özüm də Qarabağ müharibəsi işrirakçısıyam. Sumqayıtda, 15-ci mikrorayonda qalırıq. 20 ildir ki, 7 nəfərlik ailə ilə yataqxanada qalırıq. Gəlib, görən olsa, deyərlər burda insanmı yaşayar? Biz xahiş edirik ki, bizə çatmalı olacaq sığortanı versinlər. Vermirlərsə də, birdəfəlik desinlər, işimizi bilək”.
Şəhid atası dedi ki, 1 ildir Prezident Administrasiyası və Milli Məclis arasında qalıblar, ancaq nəticəsi yoxdur: “Bu yollarda əsir-yesir olmuşuq. Mən bu yaşımda neçə illər qarın, boranın içində yatdım, budur mənə hörmətləri..?”
“Prezidentimizin bu işdən xəbəri yoxdur. Əgər olsa, hər gün ayrılan vəsaitlərlə bağlı danışır, müxtəlif tədbirlərdə çıxış edir, ancaq bizim məsələdən danışmır. Deməli, prezidentimizə bizim dərdimizi çatdıran yoxdur. Milli Məclisdə də hamı bizi qəbul edib, həkimlərin sözü kimi hərəsi bir söz deyib”. Bunu isə şəhid atası Mirzəyev İskəndər Piri oğlu Söylədi.
Sonra da o, əlini ətrafdakı xarici maşınlara uzatdı: “Bu bahalı maşınları bizim şəhid balalarımızın hesabına alıblar. Yoxsa, bizdən artıq adam deyillər ki…”
Şəhid atası Adiyev Qardaşxan Həmzə oğlu dedi ki, oğlu Həmzə institutun 1-ci kursundan orduya könüllü gedib: “Ağdamın Güllücə kəndində şəhid oldu. Ancaq onlara çatası sığorta pulunu vermirlər. Özümə Sumqayıtda 18 kv.m yer vermişdilər, maşın sexi açmağa, onu da söküb-dağıtdılar. Heç nəyə də aidiyatı yox idi. İki dəfə İcra Hakimiyyətində olmuşam, yazmışam. Bütün sənədlərlə birgə prezidentə də məktub yazmışam. Ancaq heç bir nəticə yoxdur. İtiriblər, yaxşı ediblər, heç olmasa tikintiyə xərclədiyim pulumu ödəsinlər. Bu, nə vaxta qədər davam edəcək?”
Nuruşov Cənnət Dəmir oğlu isə dedi ki, oğlu Politexnik İnstitutunu bitirib. Diplomunu almaq ərəfəsində orduya gedib və Ağdamda şəhid olub: “Mən özüm döyüşdəydim, hay saldılar ki, olğlunun meyitini gətiriblər. O biri oğlum da əlildir, özüm də müharibə iştirakçısı… Budur bunların mənə hörməti..?”
Şəhid Ağayev Mətləbin həyat yoldaşı Ağayeva Bəhliyə isə dedi ki, 200 manat prezident təqaüdü alır:“Bununla şəhid ailəsi necə dolansın? İki oğlum var, institutu bitiriblər, iş üçün yer qalmayıb, onları işə düzəldə bilmirəm. Həyat yoldaşımın adına Keşlədə küçə də var. Ancaq 11 minə görə bir ildir ki, küçələrdəyik. Birdəfəlik desinlər ki, vermirik, gedib oturaq evimizdə… Yox, əgər verirlərsə, ödəsin də…”
Eyvazova Sayalı Gülməmməd qızı Beyləqan rayonundandır. Şəhid Rövşən Axundovun anasıdır. O da haqsızlıqdan şikayətçidir: “Hər yerə müraciət etmişəm. Prezident Aparatında bəlkə 20 dəfə olmuşam”.
Həyat yoldaşı şəhid olan Tahirə xanım isə “Mənim 4 balam qalıb, heç birinin ev-eşiyi yoxdur, qalmışıq küçələrdə… Erməni ilə üzbəüz döyüşüb, qırılan oğlanların qanı niyə batmalıdır ki..?” – dedi.
Kəmalə Hüseynova isə dedi ki, həyat yoldaşı Nazim Kabulov “20 Yanvar” batalyonunda, Fərman müəllimin dəstəsində döyüşüb, Qarabağ əlili olub. 2014-cü ilin dekabrında isə ailə başçısını itirib: “İki övladım var. Balalarımıza çatası sığorta pulunun ödənilməsini prezidentdən xahiş edirəm”.
“Hər dəfə yalandan deyirlər ki, hökumətə müraciət olunub, məsələ həll olunacaq. Hətta fevralın 2-sinə söz vermişdilər. Heç bir nəticəsi yoxdur”. Bunu isə başqa bir şəhid ailəsi Nərgiz Nəsirova söylədi.
O, dedi ki, həyat yoldaşı Kəlbəcər uğrunda döyüşlərdə şəhid olub: “Bizə zərrə qədər hörmət yoxdur. Yoldaşım şəhid olanda bir uşağım 10 aylıq idi, o birisinin 2 yaşı var idi. İndi biri 26, digəri 23 yaşındadır. İkisini də oxutmuşam, ancaq onları işə düzəldə bilmirəm. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin qəbulunda oldum. Füzuli Əsədova tapşırdı ki, bu uşağı işə götür. Deyir, xanım 3 il gözləyin. Uşağımın biri də evdə əlildir. Əlil qardaşının pulunu yesin? Nə sığorta vermirlər, nə mənzil növbəmi nəzərə alıb, mənzil vermirlər, nə də uşaqlarımı işə düzəldə bilmirəm. Atam da 1941-45 müharibəsi vetereanıydı, 9 uşağından birinə də ev ala bilmədi, ölən günə qədər… Nəsimi rayonunda bizim şikayətimizə bir nəfər olsun, baxmır”.
Sultanova Gülşən Qafar qızı isə həyat yoldaşını 1994-cü ildə Füzuli rayonunda itirib. O da təaqüdlə yaşamağın mümkünsüz olduğunu deyib, sığortanın ödənilməsini xahiş etdi.
Durna Kərimova da həyat yoldaşını 1992-ci ildə itirib: “3 uşaqla anamın evində qalıram. Qardaşımın 45 yaşı var, indiyədək bizə görə evlənməyib”.
4 övlad anası olan digər xanım isə dedi ki, özünün 27 yaşı olanda həyat yoldaşı Cavanşir Qəribov həlak olub və o vaxtdan körpə uşaqlara tək baxır: “Uşağımın da biri epilepsiya xəstəsidir. Mən özüm də onurğamdan əziyyət çəkirəm, əliləm. Heç kimdən dəstək görmürəm. Mən illərdir ki, bir qarış torpaq ala bilmirəm. Amma köçdüyüm Qaraçuxurda torpaqların hamısını zəbt edib, villalar tikirlər. Ancaq 4 şəhid uşağına 2-3 sot torpaq vermədilər ki, mən onları ayaq üstə qaldırım. Yenə də sağ olsun, rabitə naziri, qızım rabitəçi olduğu üçün onu işə götürdü. Xahiş edirik ki, əlaqədar təşkilatlar bizə çatası sığortanın ödənilməsinə qərar versinlər”.
Hər halda biz şikayətçiləri dinlədik və yazdıq. İndi söz müvafiq qurumlarındır.
Xatırladaq ki, bundan əvvəlki iclasda Milli Məclisin sədri Oqtay Əsədov məsələ barədə hökumətə müraciət etdiklərini deyərək, problemin yaxın müddətdə aradan qaldırılacağına ümidini ifadə etmişdi.
Cavid TURAN
FOTO: “YM”   













Bunu da oxuyun

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

Azərbaycandan Almaniyaya etiraz

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Previous Post

Şəhid ailələri Milli Məclisin qarşısında “qanpulu” tələb etdilər – FOTOLAR

Next Post

Xədicə İsmayıla qarşı yeni ittihamlar: Ona 12 ilədək həbs verilə bilər

Bənzər yazılar

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

07 Oktyabr 2026 - 15:16

İtkin şəxslər məsələsi humanitar xarakter daşımalı və siyasiləşdirilməməlidir. Elchi.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində...

Azərbaycandan Almaniyaya etiraz

Azərbaycandan Almaniyaya etiraz

07 Oktyabr 2026 - 15:08

Azərbaycan Almaniyanın “Der Şpigel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını...

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Next Post

Xədicə İsmayıla qarşı yeni ittihamlar: Ona 12 ilədək həbs verilə bilər

Xədicə İsmayıla qarşı yeni ittihamlar: Ona 12 ilədək həbs verilə bilər

Son xəbərlər

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39
Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

07 Oktyabr 2026 - 17:25
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

07 Oktyabr 2026 - 17:14
Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

07 Oktyabr 2026 - 17:03
Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.