"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Səfərbərlik Xidməti: Bu il korrupsiya ilə bağlı 34 nəfər barəsində Baş Prokurorluğa müraciət olunub

03 Aprel 2026 - 11:21
in HADİSƏ
FacebookVatsap

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Bunu da oxuyun

Hövsanda açıq ərazidə yanğın baş verib

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib

Xidmətdən Elchi.az-a verilən xəbərə görə, 2026-cı ilin birinci rübü ərzində xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilməkdədir.
Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaş (onlardan 17-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 16 fakt üzrə 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Məlumata görə, Prezidentin 06.09.2023-cü il tarixli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.
Mövcud qanunvericiliyə əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulmuşdur.
Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmətkeçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.
15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasın minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.
Bundan əlavə cari ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərindən elektron kabinetlərin yaradılmasını zəruri edir.
Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100 Çağrı Mərkəzi”nə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

Previous Post

Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır

Next Post

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib

Bənzər yazılar

Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN)...

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50

Ötən həftə Tunis sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Elchi.az  "Reuters"ə istinadən xəbər verir ki,...

DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib

27 Avqust 2026 - 11:07

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə müraciət edib. Elchi.az-ın məlumatına görə, müraciətdə qeyd edilib ki, Milli...

Ali Məhkəmə: Canlı efirdə şəxsi məlumat yayanlarla yanaşı media subyekti də məsuliyyət daşıyacaq

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

27 Avqust 2026 - 10:09

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul...

Next Post
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli edilib

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17
“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

27 Avqust 2026 - 17:16
ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07
Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

27 Avqust 2026 - 16:58
“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

27 Avqust 2026 - 16:39
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust 2026 - 16:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.