"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Səddam Hüseynin zindanında yatmış türkməndən “Yeni Müsavat”a ilginc açıqlamalar

29 Fevral 2016 - 09:03
in XƏBƏR LENTİ
FacebookVatsap

 Səddam Hüseynin zindanında yatmış türkməndən “Yeni Müsavat”a ilginc açıqlamalar

Bunu da oxuyun

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

Mahmud Qəssaboğlu: “Qarabağın işğalda qalması bütün dünya türklərinin üz qarası, ayıbıdır”

Ötən həftə Türkiyədə səfərdə olan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri qardaş ölkədə çoxsaylı görüşlər keçirdilər. Bu görüşlərdən biri də Azərbaycan türkləri ilə qan qohumluğu olan, elə bizim özümüz olan türkmənlərin təmsilçiləri ilə – Ankaradakı İraq Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyində baş tutdu.

Olduqca səmimi atmosferdə keçən görüşdə Türk dünyasının dərdlərindən danışıldı, başına  od ələnən türkmənlərin durumundan bəhs edildi, söz yerini musiqiyə verdi, türkmən mahnısı iştirakçıları kövrəltdi. Görüşdən sonra imkan tapıb İraq Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyinin Ankara şöbəsinin başqanı Mahmud Qəssaboğludan “Yeni Müsavat” üçün özəl müsahibə aldıq. 

Zahirən çox sakit adam təsiri bağışlayan bu insanın başına olmazın fəlakətlər gəlibmiş, İran-İraq savaşının iştirakçısı olmasının “mükafatı” kimi onu Səddam rejimi zindana salıb, ağır işgəncələr veribmiş. Deyir ki, olanlara rəğmən, bu gün ürəyi daha çox Türk dünyasının fəlakətlərdən qurtulması naminə döyünür.

– Mahmud bəy, rəhbərlik etdiyiniz təşkilat  nə zamandan fəaliyyət göstərir? 

– İraq Türkləri Mədəniyyət və Həmrtəylik Dərnəyi 1959-cu ildə qurulub. Həmin il Kərkükdə qətliam olub. Öncə dərnəyin yaradılması Türkiyə dövləti tərəfindən yasaq edilmişdi. Ancaq İraqdakı qətliamın Türkiyə ictimaiyyətinə çatdırılmasına qadağa qoyulur, tapşırılıb ki, qəti şəkildə orda qətliam oldu deməyin, qarşıdurma oldu, deyin. Ondan sonra eyni hökumətin qərarı ilə bu dərnəyi bizim üçün qurublar. İraqdan gəlmiş 3 türkmən, 4 nəfər də burdakı vətənsevər, millətçi qardaşımız bu dərnəyi qurublar. Mən 1986-cı ildən Türkiyədəyəm, 2005-dən bəri isə dərnəyin başqanıyam.

– Bəs, ona qədər fəaliyyətiniz nədən ibarət olub? 

– Mən İran-İraq savaşının iştirakçısıyam. 1 il İrana qarşı döyüşdüm. Mən təlimçi çavuşam. Çox ağır dönəm idi. Bir anlıq təsəvvür edin, müsəlman müsəlmanı qırırdı, döyüşdə onlar da “Allah-Allah” deyirdi, biz  də.

– İndi siz İrana sərbəst gedə bilirsinizmi, yoxsa yollarınız qapadılıb?

– Yox, qapadılmayıb, tam sərbəst gedib-gələ bilirəm.

– Mahmud bəy, İraq türkmənlərinin indiki durumu, təbii ki, arzuolunmazdır. Amma əvvəlki dönəmlər də türkmənlər üçün ağrılı-acılı tarix kimi yaddaşlarda qalıb. Səddam Hüseyn zamanı ilə bağlı nələri xatırlayırsınız? 

– Səddam mənim ailəmi edam etdi. Dayım oğlunu elektrikə verib qətlə yetirdilər. 1980-ci ildə özüm Səddamın həbsxanasına salındım. Mən Səddamın işgəncəxanasında Allahı gördüm.

– Necə yəni? 

– Mənə ittiham elan etdilər, dedim suçlu deyiləm, Allaha and olsun ki, mənim günahım yoxdur. Bir ağac parçasını gətirdilər, üstündəki bayraqda “Ya Allah” yazılmışdı. Dedilər bax, sənin Allahın danışmır. Bundan sonra başladılar işgəncəyə, elektrik verməyə. Ərəb bilirsiniz necədir? Ərəb halvadan Allah düzəldər, ac olduğu zaman yeyər. Onlar hər cür pislik edərlər. Bir ay işgəncə gördüm, sonra ittiham sübuta yetirilmədi deyə, sərbəst buraxmalı oldular.

– Dayınız oğlunun günahı nə idi?

“İran-İraq savaşında müsəlman müsəlmanı qırırdı, döyüşdə onlar da “Allah-Allah” deyirdi, biz də”

– O da bizim kimi Turana inanmışdı. Deyirdi bütün dünya türkləri bir olacaq, Turan qurulacaq.

– Türk dünyasının indiki durumu nə deyir, Turan qurulacaqmı? 

– Sizə bir şey deyim, istər Azərbaycan türkləri, istər dünyadakı türklər eynidir, ancaq Anadolu türkləri fərqlidir. Siz 20 ildir müstəqil dövlətsiniz. Amma Türkiyə tarixin, nəhəng dövlətlərin davamıdır. Türkiyənin yerinə keçməsi üçün Azərbaycana 300 il lazımdır.

Biz mahnıları, türküləri, şeirləri, tarixçiləri bir tərəfə qoyacağıq. Qoy o  məsələlərlə başqaları məşğul olsun. Biz qafamızı belə yoracağıq: Azərbaycan  bundan sonra başqa hadisələrin olmaması üçün nə edəcək? Hətta 50-100 illik sistem quracağıq, alternativlər olacaq bunlar. Üstəlik, texnologiyaya, elmə önəm verəcəyik, tarixi də unutmayacağıq.

– Türkmən bacı-qardaşlarımız İraq və Suriyada fəlakətlər içərisindədir. Təbii ki, bu durumda olan insanlarda Qarabağın işğalı barədə soruşmaq bəlkə də yersizdir. Amma hər  halda sizin şəxsi fikriniz maraqlıdır. Qarabağın işğalı faktı sizin aləminizdə nə deməkdir, bu məsələni necə çözmək olar?

– Qarabağın işğalda qalması bütün dünya türklərinin üz qarası, ayıbıdır. Başda da Türkiyənin. Bu, nə deməkdir? Zamanında mən özüm də Qarabağda döyüşənlərə tikiş fabrikimdə 350 uniforma tikib göndərdim. Biz hər şeyi açıq demək istəmirik. Ancaq Qarabağın yanında duran həmişə bozqurdlar olub. Mən, mənim təmsil olunduğum toplum sizin yanınızdadır. Ancaq bu gün türk toplumunun özünün də dərdlərinə laqeydliyi var, Qarabağın işğalına da.

– Amma demədiniz ki, Qarabağın xilas yolu nədədir…

““Dayım oğlunu elektrikə verib qətlə yetirdilər”

– Azərbaycanın iqtisadiyyatı güclü olarsa, sabah ermənilər gəlib deyər biz Azərbaycan vətəndaşı olmaq istəyirik. Yol budur. Azərbaycan öncə bir sənaye ölkəsi olacaq. Nefti var, qazı var. Daha nə istəyirsən? 20 ilimiz boşa getdi. Qarabağ məsələsindən hər kəs öz maraqları üçün istifadə edir, türkiyədəkilər də, digərləri də. Nə qədər Qarabağ deyib dınqır-dınqır çalmaq olar? Torpaqları alın o zaman, məsələ bitsin! Başqa bir yolla alın, lap ermənilərə pul ver, silahını, işğal etdiyi torpağı satsın. Mən sadə məntiqlə belə deyirəm.

– İŞİD-lə bağlı nə deyə bilərsiniz? 

– İŞİD-də dünyanın hər yerindən gəlmiş, psixologiyası pozulmuş insanlar toplaşıb.

– Mahmud bəy, türkmənlər üçün Türkiyənin önəmi nə qədərdir? 

– Hər hansı bir məsələdə Türkiyə sənin arxanda olmasa, yox olarsan. Özəlliklə də Suriya türkmənləri ilə bağlı. Ancaq bu da var ki, nə oldu qəfildən “Suriya türkmənləri” deməyə başladınız, niyə əvvəllər demirdiniz? Demədiniz!!! Bir dövlət mənim kimi danışa bilməz, yalan danışmaz. Mən bu gün yalan söylərəm, sabah deyərəm unutdum. Ancaq bu, dövlətə yaraşmaz! Bizi kürdlərə, suriyalılara yem edirlər. Ayıbdır axı, belə ana vətən olarmı?!

– Çox təəccünlüdür, Türkiyə sizə qucaq acsa da, türkmən davası aparıb böyük dövlətlərlə üz-üzə qalsa da, yenə narazısınız…

– Təbii ki, narazıyam. Türkiyənin etdiklərini də unutmuram. Amma nöqsanları  da deyirəm. Mən heç nədən çəkinmirəm. Burda çox rahatam, iş adamıyam, sərbəstəm, demək olar ki, kralam, imperatoram. Amma söhbət məndən getmir, bütöv bir türkmən toplumunun taleyindən gedir. İraqda bizi kürdlərə təslim etdilər, Tələbaniyə… Belə şey olarmı?!

– Bu gün Suriyada türkmənlər savaş içindədir…

– Suriya türkmənlərə lap ağır durumdadırlar. Deyirlər ki, türkmənlər Türkmən dağında savaşırlar, yoxdur elə bir şey. Rusiyaya qarşı necə savaşacağıq. Bunlara inanmayın, havaya beş nəfər atəş açırsa, bu, o demək deyil ki, türkmənlər müharibə aparır.

– Qarşı tərəfdəki düşmən güclüdür deyirsiniz. Bəs, siz xilas yolunu necə görürsünüz? Bu vəziyyətdən türkmənləri necə qurtarmaq olar?   

– Ümumən türklüyün xilas yolu ayaqda olması, güclü iqtisadiyyata sahiblənməsi, elmini inkişaf etdirməsindədir. Bunlara sahib olarıqsa, hər kəs gəlib bizə yalvarar.

– Bu, gələcəyə yönəlik strategiyadır. Bəs, bu gün ağır durumda olan türkmənləri necə xilas etməli? 

– Türkiyə türkmənlərə qucaq açmalıdır.

– Bəs, Türkiyənin Suriyaya, türkmənləri xilas etməsi üçün ordu yeritməsini istərdinizmi? 

– Yox, qardaşım, orduya nə ehtiyac var? Türkiyə mənim kimi min nəfər dinc insanı ora göndərəcək, onlar da gedib türkmənlərin içində çalışacaq. Türkmən dağında nə savaş? Gedənləri də tanıyıram. Şou üçün gedirlər. Facebbook çıxdı, mərdlik bitdi. Mənim facebook-um yoxdur. Alır “Kalaşnikov”u, ta-ta-ta-ta, sonra da “mən rusu vurdum” deyib fotolarını paylaşır. Ayıbdır axı!

– Yəni deyirsiniz bu gün Türkmən dağında müharibə getmir? 

– Nə müharibə? Orada bir neçə insan həlak oldu. Əslində o yazıqları yem etdik.

– Bu gün bölgədə, alov içərisində qalmış türkmənlərin ümumi sayı nə qədərdir? 

“Hər hansı bir məsələdə Türkiyə sənin arxanda olmasa, yox olarsan”

– Dəqiq məlumat yoxdur. Amma türkmənlər Lazqiya, Hama, Homs, Hələb, Şamın quzeyi, Beyruta yaxın yerlərdə yaşayırlar. Suriyadakı türklər üç mərhələdə oraya yerləşib: 1. Osmanlıdan öncə; 2. Osmanlı zamanında; 3. Burdan ticarət üçün ora gedənlər.

Beyrutda da türk çoxdur. 20 il əvvələ qədər baş nazir türk əsilli idi. Bu gün türkmənlər çox ağır durumdadır.  Öncə biz özümüz onlara sahib çıxmalıyıq, sonra dünyadan tələb etməliyik…

Və…Təşkilat sədri bizi Kərkük dolmasına qonaq etdi. “Beşbacı dolması” da demək olar. Özü də başqan qazandan yeməyi öz əlləri ilə çəkdi, heç bir kompleks duymadan, “kənardan baxan nə deyər” kimi fikirləri düşünmədən…

Previous Post

Səddam Hüseynin zindanında yatmış türkməndən “Yeni Müsavat”a ilginc açıqlamalar

Next Post

Erməni veterandan ŞOK ETİRAF: “Melkonyan kişi sevgilisi Seyranla..” – FOTOLAR

Bənzər yazılar

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

08 Sentyabr 2026 - 15:42

“Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox...

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33

Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın verdiyi itkilər açıqlanıb. Elchi.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş...

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Elchi.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. Konfranslarda rayon təşkilatlarının...

Next Post

Erməni veterandan ŞOK ETİRAF: “Melkonyan kişi sevgilisi Seyranla..” - FOTOLAR

Erməni veterandan ŞOK ETİRAF: “Melkonyan kişi sevgilisi Seyranla..” - FOTOLAR

Son xəbərlər

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
DTX-nin yeni rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

Nazirlər Kabineti diplomatik xidmət əməkdaşlarının təminatı ilə bağlı dəyişiklik edib

08 Sentyabr 2026 - 18:44
Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37
Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

08 Sentyabr 2026 - 18:25
Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərində dəyişiklik edildi

08 Sentyabr 2026 - 18:13
Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

08 Sentyabr 2026 - 17:59
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

08 Sentyabr 2026 - 17:39
Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

08 Sentyabr 2026 - 17:30
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

08 Sentyabr 2026 - 17:25
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

08 Sentyabr 2026 - 17:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.