Səhmlər bahalaşıb

APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,23% - 17 653 bəndədək, S&P 500 0,05% - 2 039 bəndədək, NASDAQ 0,11% - 4 680 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında Almaniya DAX-ı 0,41% - 9 249 bəndədək, Fransa CAC-40-ı 0,19% - 4 188 bəndədək, FTSE 100 indeksi 0,37% - 6 635 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyası 2,70 dollar ucuzlaşaraq 1 159 dollar olub.