Rusiyanın qələbəsi NATO üçün daha böyük risklər yaradır – Stoltenberq

71

Stoltenberq münaqişənin gərginləşməsi riski olmadan Ukraynaya yardımı genişləndirməyi qeyri-mümkün hesab edir.
NATO-nun baş katibi deyir ki, Rusiyanın qələbəsi NATO üçün daha böyük risklər yaradır.
Elchi.az xəbər verir ki, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, NATO-dan Ukraynaya hərbi yardımın genişləndirilməsi münaqişənin gərginləşməsi riskini daşıyır.
“Bəziləri qorxur ki, Ukraynaya yardım eskalasiya riski daşıyır. Münaqişənin başlanğıcından bəri risksiz seçimlər olmayıb, lakin daha böyük risk Rusiyanın qələbəsidir ki, bu da gücdən istifadənin siyasi nəticələr verə biləcəyini təsdiq edəcək”, – siyasətçi Helsinkidə keçirilən beynəlxalq konfransda deyib.

Şayəstə