Rusiya nümayəndəsi Dmitriev Putin və Trampın dialoqunun dünyanı dəyişəcəyini deyib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev deyib ki, Putin və ABŞ prezidenti Donald Tramp arasında dialoq “dünyanı dəyişəcək”.
Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriev sosial şəbəkədə Putin və Trampın Alyaska görüşündən foto paylaşıb. Dmitriev bunları bölüşüb: “Putin və Tramp arasında dialoq dünyanı dəyişəcək. Bu, qlobal təhlükəsizliyi və rifahı təmin edəcək”.
Şayəstə Hüseynova


















