ABŞ prezidenti Donald Tramp Vaşinqtonda qətl törədənlər üçün ölüm cəzası tələb edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında Vaşinqtonun təhlükəsizliyi ilə bağlı açıqlamalar verib.
Tramp Vaşinqtonda həyata keçirdikləri əlavə tədbirlərin cinayət nisbətini əhəmiyyətli dərəcədə azaltdığını və bununla fəxr etdiyini qeyd edib.
Paytaxtda, xüsusən də son iki həftədə heç bir qətl hadisəsinin olmadığını qeyd edən Tramp, “Vaşinqtonda kimsə kimisə öldürsə, ölüm cəzasını axtaracağıq. Bu, çox güclü bir çəkindiricidir və bunu eşidən hər kəs mənimlə razılaşır” dedi.
ABŞ-da bu cür tənzimləmələrin ştatların ixtiyarına buraxıldığını xatırladan Tramp, paytaxt üçün qanunvericiliyin necə qəbul ediləcəyini qiymətləndirəcəklərini açıqlayıb.
Tramp ölkə miqyasında cinayətlə mübarizə üçün daha sərt addımlar atacaqlarını vurğulayaraq, “Mən diktator deyiləm, sadəcə cinayətin qarşısını necə alacağımı bilirəm” deyib.
Şayəstə Hüseynova


















