Rusiyanın tanınmış aktyoru və rejissoru, populyar teleaparıcı Dmitriy Nağıyev son günlər cəbhə xəttində baş verənlərə münasibət bildirib
Ölkə.Az-ın məlumatına görə, o, sosial şəbəkədə Azərbaycan bayrağını paylaşmaqla, mövqeyini açıqlayıb. Dmitrinin bu addımı soydaşlarımız tərəfindən təqdir olunub.
Qeyd edək ki, Dmitriy Nağıyev Rusiyada azərbaycanlı atanın və rus ananın ailəsində dünyaya gəlib. Rusiyada yaşayıb boya-başa çatmasına baxmayaraq, onun öz ata yurduna belə sıx bağlılığı hər birimizin qəlbində böyük fərəh hissi doğurur.
Xatırladaq ki, Rusiya mətbuatı son hadisələrdə Azərbaycan əleyhinə məlumatlar dərc edir.
İntiqam VALEHOĞLU