"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Rusiyanın Azərbaycandan umduqları var”

15 İyul 2016 - 06:55
in MANŞET
FacebookVatsap

<font color=red><b>“Rusiyanın Azərbaycandan umduqları var”</b></font>

Bunu da oxuyun

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qüdrət Həsənquliyev: “Şərtlər bilinəndən sonra xalqımız qəbul etməyəcəyi təqdirdə Qarabağı azad etmək üçün qanlı savaşa, müqəddəs mühariubəyə başlamalıyıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

– Siz hər zaman müxtəlif səviyyələrdə bir məqamı xüsusilə qabardırsınız ki, həmsədrlərin iştirakı ilə aparılan danışıqlarla bağlı ictimaiyyətə məlumat verilməlidir, millət bilməlidir ki, bizdən işğal olunmuş torpaqlarımızın qaytarılmasının qarşılığında kimlər nə istəyir, hansı şərtləri irəli sürür. Onu da deyirsiniz ki, bu şərtlər qəbul ediləndirsə xalqa deyilməli və məsələ birdəfəlik həll edilməlidir, olmasa torpaqlarımızı işğaldan azad etmək üçün açıq şəkildə müqəddəs savaş elan edilməlidir. Amma Novruz Məmmədovun bircə açıqlamasının doğurduğu diplomatik qalmaqal onu göstərdi ki, danışıqların məğzi barədə ictimaiyyəti məlumatlandırmaq da danışıqları uzatmaq üçün min bir bəhanə axtaran qarşı tərəfin xeyrinə işləyə bilir…

– Mənim əldə etdiyim məlumata görə, danışıqların gedişində razılaşma olub ki, münaqişənin həlli istiqamətindəki bütün məqamlar sonadək dəqiqləşdirilməyənədək mətbuata hər hansı açıqlama verilməsin. Amma Sərkisyanın komandası özlərinə uyğun formada Ermənistan ictimaiyyətini belə məlumatlandırırlar ki, prezidentlərin müzakirələrində əsas diqqət yalnız atəşkəsin davamlı olmasından ibarət olub. Belə olduğu təqdirdə də sözsüz ki, Azərbaycan tərəfi onları ifşa etməyə məcbur olur. Novruz Məmmədov kimi ehtiyatlı bir diplomat olmayan bir söhbəti mətbuata çıxarmazdı. Siz gördünüz, Novruz Məmmədov o qədər ehtiyatlıdır ki, hətta Rusiya XİN sözçüsünün ona qarşı yönələn təhqirlərinə belə cavab vermədi. Azərbaycan tərəfinin həmin informasiyanı yaymasına gəlincə isə çox təəssüf ki, bizdə də bəzi telekanallar, elektron media hər hansı bir rəsmi mövqeni öyrənərkən ehtiyatsızlıq edirlər. Əslində dövlət maraqlarını əsas götürərək o məmurlara müraciət edilməlidir ki, onlar rəsmi Bakının mövqeyini qarşı tərəfdə qıcıq doğurmadan, daha peşəkar siyasi dil ilə baş verənlərin məğzini ictimaiyyətə çatdıra bilsinlər. Eyni zamanda rəsmi Bakının mövqeyini hətta ayrı-ayrı politoloqların və siyasi analitiklərin qənaəti kimi də təqdim etmək olar. İkincisi də hesab edirəm ki, Prezident Administrasiyasında kifayət qədər hazırlıqlı və iti ağıla, böyük təcrübəyə malik Ramiz Mehdiyev, Əli Həsənov var. Düşünürəm ki, ciddi dövlət əhəmiyyətli məsələlərlə bağlı bu adamlara müraciət olunsa daha effektli olar. Əgər bu adamlara çıxış yoxdursa və ya onların özü mediaya belə bir imkan yaratmırsa, deməli onda heç rəsmi mövqenin bildirilməsinə ehtiyac yoxdur. Təbii ki, Novruz Məmmədovun açıqlaması ilə hər şey deyilmişdi və prezident də onun həqiqət olduğunu təsdiq elədi. Bəli, istənilən halda Azərbaycan bu münaqişədə haqlı, işğala məruz olan tərəfdir və onun haqqıdır ki, hər vəchlə təcavüzkarı ifşa eləsin, torpaqlarını geri tələb etsin. Hələ Azərbaycanın nisbətən zəif hərbi durumda olduğu dönəmlərdə də ölkə başçısı beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoyaraq torpaqlarımızın qeyd-şərtsiz azad olunması xəttini təkidlə tələb edib. Azərbaycan silahlı qüvvələrinin indiki durumunda isə Azərbaycan yenə də sülhə sadiqliyini nümayiş etdirərək vasitəçilərdən beynəlxalq hüquqa hörmət edilməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün cinayətkar Sərkisyan rejiminin sülhə məcburetmə prosesinə cəlbini tələb edir.

– Qüdrət bəy, icazə verin opponentlik edərək bildirim ki, ittiham etdiyiniz telekanallar öz istəyi ilə deyil, məhz Novruz Məmmədovun dəvəti ilə onun hüzuruna təşrif buyurmuşdu.

– Sözün doğrusu, mən bilmirəm ki, telekanallar ona müraciət edib, yoxsa Novruz Məmmədov həmin jurnalistlərin hamısını eyni vaxta dəvət edib. Bəzən olur ki, mənə də 3 jurnalist müsahibə üçün müraciət edir və mən onların hər üçünü də eyni vaxta qəbul edib suallarını cavablandırıram. Ola bilsin ki, siz deyən formada dəvət olub, amma hər halda danışıqlarda məxfi qrifi qoyulubsa, deməli, həmin müzakirələrin detalları açılmamalıdır.

– Axı Siz dəfələrlə bəyan etmisiniz ki, danışıqlarda nələrin müzakirə olunduğunu ictimaiyyət bilməlidir…

– Bilirsiniz, əgər müzakirələrdə əldə edilən ilkin razılaşmalarla bağlı açıqlama verilməməsi istənilibsə, bu məxfiliyə sadiq qalınmalıdır. Amma mən də hesab edirəm ki, Zaxarovanın verdiyi o açıqlama həqiqətən də təhqiramiz idi və söhbət təkcə Novruz Məmmədovdan deyil, həm də Azərbaycana qarşı yönələn aşağılayıcı bir mövqedən gedirdi. Doğrudur, mənim bildiyimə görə Zaxarova sonradan Lavrovun Bakı ziyarəti zamanı bizim rəsmilərlə görüşərkən üzrxahlıq edərək bildirib ki, onun dedikləri Azərbaycan mətbuatında təhrif olunmuş variantda verilib. O “izvraşennaya interpretasiya” yox, “iskajennaya interpretasiya” deyib. Amma mən parlamentin iclasında da söyləmişdim ki, təkcə faşistlərin əlaltısı olmuş Nijdenin abidəsinin İrəvanda ucaldılmasına Zaxarovanın sərgilədiyi mövqe onun ermənilərə “simpatiya”sını çılpaqlığı ilə ortaya qoydu. Novruz Məmmədovun açıqlamasına da verdiyi hikkəli reaksiya da əslində bu xanımın Azərbaycana olan münasibətinin real göstəricisi hesab oluna bilərdi.

– Qüdrət bəy, onun bu cür qeyri-etik, diplomatik etiketləri ayaqlar altına alan hikkəli açıqlamasından, Azərbaycanı aşağılamasından sonra Lavrovun yanına düşüb Bakıda zühur etməsi nə dərəcədə diplomatik gediş hesab oluna bilər?

– Gəlib və üzr istəyibsə, bunu da qiymətləndirmək olar.

– Onun üzr istədiyini mətbuat bilmədisə…

– Hər halda mətbuat qarşısında olmasa da bildiyimə görə üzbəüz söhbətlərdə o dediyi fikirlərin təhrif olunduğunu göstərib və üzr istəyib. Bu informasiyanın mötəbərliyini yüz faiz iddia etmirəm, amma məhz belə olduğu ehtimalı daha çoxdur.

– Rusiya səfiri belə bir ifadə işlədib ki, Putin heç vaxt əliboş gəlmir. Putinin də necə deyərlər, xasiyyətinin tünd olduğunu bütün dünya bilir və görür. Allah eləməsin, birdən bu dəfə Putin əlində yağlı kəndirlə gəlmək istəyər. Sizcə bu ehtimal nə dərəcədə realdır?

– Putin fərqindədir ki, Azərbaycan Cənubi Qafqazda xüsusi əhəmiyyətə malik, coğrafi mövqeyinə, geoplotik özəlliyinə görə əvəzolunmaz, Asiya ilə Avropanı, Cənubla Şimalı, Şərqlə Qərbi, o cümlədən Rusiya ilə Hindistanı, Çini birləşdirəcək unikal bir nəqliyyat qovşağıdır. Putin bilir ki, Cənubi Qafqazda Rusiyanın mövcudluğunu qoruyub saxlamaq, Moskvanın maraqlarını təmin etmək üçün Azərbaycanla gerçək dost olmaq lazımdır. Ermənilər onsuz da Rusiyanın təsir dairəsindən kənara çıxmaq imkanında deyil. Mən hər dəfə demişəm ki, Sərkisyanın səlahiyyəti bir çox hallarda Rusiyanın subyektlərinin başçılarının səlahiyyəti qədər də deyil.

– Yəni kəndir təhlükəsini kənara qoyuruq…

– Mən hesab edirəm ki, Rusiya da bölgədə yenidən müharibənin alovlanmasında maraqlı deyil. Eyni zamanda Moskva da anlayır ki, artıq Azərbaycanın bundan artıq gözləmək imkanları yoxdur. Elə düşünürəm ki, Putin bu problemin həllində maraqlı ola bilər, amma əminəm ki, Rusiyanın da Azərbaycandan umduqları var. Azərbaycan da Rusiya ilə sövdələşməyə nə dərəcədə hazırdı, bizdən nə istəyirlər, biz nəyə gedə bilərik, Rusiya hansı şərtləri irəli sürür, bu şərtlər qəbulediləndirmi, yaxud ümumiyyətlə biz Rusiya ilə bu istiqamətdə danışıqlar aparırıqmı, yoxsa sadəcə Moskva ilə bir vasitəçi kimi davranırıq, bütün bunlarla bağlı doğrudan da Azərbaycan xalqının haqqı var ki, məlumatı olsun. Düşünürəm ki, bu şərtlər bilinəndən sonra xalqımız qəbul etməyəcəyi təqdirdə Qarabağı azad etmək üçün qanlı savaşa, müqəddəs mühariubəyə başlamalıyıq. Çünki biz oturub torpaqlarımızın erməni işğalında qalmasını həzm edə və bu pozoru gələcək nəsillərə saxlaya bilmərik.

– Ehtimalınız nədir, üfüqdə görünən nədir, müqəddəs savaş, yoxsa barışıq…?

– Sözün doğrusu, informasiya qıtlığı var deyə birmənalı fikir söyləmək çətindir. Amma mən düşünürəm ki, hər halda yaxın dövrdə barışığa gediləcəyi ilıə bağlı içərimdə bir inam var. Etiraf edim ki, bu inam o qədər də güclü deyil, amma ola bilsin ki, erməniləri yola gətirmək üçün 2 apreldəki kimi ikinci bir qısamüddətli hərbi əməliyyatlara da ehtiyac yaransın və bundan sonra Ermənistan sülhə məcbur edilsin. Bu istisna deyil. Necə ki, vaxtilə bizi atəşkəsə məcbur elədilər, Ermənistanı da sülhə bu cür məcbur etmək olar. Amma Rusiyanın səylərindən hiss olunur ki, məqsəd təkcə atəşkəsin müddətini uzatmaq deyil. Hiss olunur ki, doğrudan da nəhayət, Rusiya bu problemin özünə sərf edən həllini istəyir, təbii ki, bunu da əvəzsiz, yalnız bölgədə sülh naminə etmək istəmir, yaranmış fürsətdən istifadə edərək öz maraqlarını da təmin etməyə çalışır. Heç kimə deyil ki, Rusiyanın bu məsələdə birmənalı istəkləri var, amma həmin istəklərin nədən ibarət olması barədə Azərbaycan xalqına məlumat verilməlidir.

Ardı var…

Previous Post

“Rusiyanın Azərbaycandan umduqları var”

Next Post

Sərxoş sürücülər morqa salınacaq – Yeni qərar

Bənzər yazılar

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13

Müasir dövrdə qlobal və regional münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlif...

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Next Post

Sərxoş sürücülər morqa salınacaq - Yeni qərar

Sərxoş sürücülər morqa salınacaq - Yeni qərar

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.