"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə – tanınma olmayacaq

12 Yanvar 2016 - 09:05
in SİYASƏT
FacebookVatsap
Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə - tanınma olmayacaq

Saxta soyqırımı inkara görə cəza nəzərdə tutan qanunun qəbulu ehtimalı günbəgün azalır; Kreml ermənilərə görə Ankara ilə bütün körpüləri yandırmayacaq; azı 4 səbəb var…

Bunu da oxuyun

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan XİN Pakistanı təbrik etdi

Ötən il noyabrın 24-də “Su 24″ təyyarəsinin vurulması ilə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi erməni məsələsini də gündəmə gətirdi, işğalçı ölkəni sevindirdi. Xəbər verildiyi kimi, saxta ”erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsi Türkiyə əleyhinə siyasi şantaj aktı kimi elə həmin ay Dövlət Dumasına təqdim edilib. 
Sənədin müəllifi “Ədalətli Rusiya” fraksiyasıdır. O da bəllidir k, bugünlərdə Rusiyadakı azərbaycanlı diasporun 30-a qədər tanınmış siması Dövlət Dumasının spikeri Sergey Narışkinə məktub göndərərək parlamenti həmin qanun layihəsinin müzakirəyə çıxarmaqdan çəkinməyə çağırıb. Eyni zamanda məlum olub ki, azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri məktub-müraciəti imzalayanlara təzyiqlər göstərib.
Bu arada azərbaycanlı milyarder və ictimai-siyasi xadim Fərhad Əhəmədov da spiker Narışkinə məktub yazaraq, onu saxta məsələnin inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulunu əngəlləməyə səsləyib. Məktubun virtualaz.org saytının redaksiyasına göndərilmiş surətində deyilir ki, əgər belə bir qanun layihəsi qəbul edilsə, Fərhad Əhmədov Rusiya vətəndaşlığından çıxacaq.
 
Bəs bu ehtimal nə dərəcədə güclüdür, sənədin Dumadan keçməsi üçün münbit siyasi zəminin yarandığını söyləmək mümkünmü?
 
Cavaba keçməzdən öncə bəzi yeni və qiymətli detalları qeyd etməyə dəyər. Məsələn, rusiyalı tanınmış hərbi ekspert Vladimir Yevseyev iki gün öncə erməni saytına müsahibəsində Türkiyə ilə Rusiya arasında gərginliyin hələ iki il sürəcəyini desə də, saxta etməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasından keçəcəyinə inanmadığını söyləyib. Politoloq, üstəlik, son iki ayda erməni mətbuatında Ağrıdağın (ermənilər ona “Ararat” deyir-red.) Türkiyə tərkibində qalmasını nəzərdə tutan 1921-ci il tarixli Moskva müqaviləsinin ləğvini də istisna edərək, erməniləri ikiqat məyus edib.
Öz növbəsində rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kiril “erməni soyqırımı”nı inkar edən acılama verib. Belə ki, “Rossiya1″ kanalında məşhur aparıcı Dmitri Kiselyova müsahibəsində o, Osmanlı imperiyasında olan xristian azlıqlarının məhv edilmədiyini bəyan edib və bununla da faktiki, Türkiyənin məsələdə mövqeyini müdafiə edib.
Yaxın Şərqdə xristianların vəziyyəti, xristianlar və müsəlmanlar arasındakı münasibətlərdən danışan patriarx Suriya, İraq və Yaxın Şərqin digər ölkələrində xristianların vəziyyətinin hazırda son dərəcə mürəkkəb olduğunu bildirib və qeyd edib ki, İslam dünyasında hazırkı hadisələrə bənzər proseslər tarixdə heç vaxt baş verməyib. O, nümunə olaraq Osmanlı İmperiyasını göstərib. Sitat: “Məsələn, Osmanlı imperiyasında da xristian azlıqlar olub. Amma onları heç kim məhv etməyib”. Bu, artıq erməni iddialarını əməlli-başlı inkar eləmək, qəzəbləndirməkdir.
Yada salaq ki, Rusiya Dövlət Duması 1995-ci ildə – saxta iddianın 80-ci ildönümündə Osmanlı İmperiyasında hadisələrlə bağlı ermənilərin iddialarını “soyqırım” kimi tanıyan bəyanat qəbul edib. Lakin dövlət səviyyəsində bundan uzağa gedilməyib, tanınma hüquqi normativ halına salınmayıb. İndi isə bir qrup deputat “Su-24″ insidentindən və prezident Putinin məsələ ilə bağlı məlum ovqatından istifadə edərək Türkiyəyə pislik eləmək üçün belə bir təşəbbüslə çıxış edib. Ancaq bu təşəbbüsün fiasko olacağını indidən söyləmək olar. Bir neçə səbəbdən.
Əvvəla, Moskva-Ankara münasibətlərindəki gərginliyin pik nöqtəsi arxada qalıb və Türkiyənin Rusiya üçün nə dərəcədə önəmli ölkə olması qətiləşib. Bunu Moskva rəsmilərinin, ölkənin iqtisadi-energetik sferasına məsul olan yüksək çinli şəxslərin barışıq xarakterli son açıqlamalarından aydınca görmək olar.
İkincisi, belə bir sənədin qəbulu Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsi ilə yanaşı, tərəfdaş Azərbaycanla da münasibətlərin pisləşməsinə gətirərdi ki, hazırda bu, Kremlə lazım deyil.
Üçüncüsü, “Ədalətli Rusiya” Dövlət Dumasında həlledici səs üstünlüyünə malik deyil. Bu qəbildən qanun layihələrinin qəbulu üçünsə çoxluqda olan iqtidar fraksiyasının – “Vahid Rusiya”çıların dəstəyi mütləqdir. Aydın məsələdir ki, “Vahid Rusiya” lazım gəlsəydi, özü belə bir təşəbbüslə çıxış edirdi. Etməyibsə, demək, buna Kremldə lüzum görməyiblər.
Nəhayət, dördüncüsü, ictimai rəy deyilən amil də var və o da artıq ermənilərin əleyhinədir. Hər necə olmasa, QMİ sədri Hacı Allahşükür Paşazadə ilə də isti münasibətlərdə olan patriarx Kiril Rusiya cəmiyyətində sanballı nüfuza və sözə malikdir və onun mövqeyi ciddiyə alınmaya bilməz. Eləcə də ölkənin ekspert dairələri belə bir sənədi mümkün və ölkəyə faydalı saymırlar.
 
Bir sözlə, Rusiya ermənilərə görə Türkiyə ilə körpüləri yandırmayacaq. Bunu indi əminliklə söyləməklə yanaşı, həmişə Türkiyəyə qarşı maşa rolu oynamağa razı olmuş ermənilərə “tərs sillə” də hesab eləmək olar. 
Previous Post

Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə – tanınma olmayacaq

Next Post

`Lazım olmayan qurumlar ləğv edilməlidir` – Prezident

Bənzər yazılar

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Konqo Respublikası hökuməti və xalqını Milli Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57

Ötən gün Baş prokuror Kamran Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib. Bu...

Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

14 Avqust 2026 - 10:02

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında...

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbirdə Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslər...

Next Post

`Lazım olmayan qurumlar ləğv edilməlidir` - Prezident

`Lazım olmayan qurumlar ləğv edilməlidir` - Prezident

Son xəbərlər

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.