“Rusiyada qiymət artımı daha da sürətlənəcək”

🗓 01.12.2014 08:28 ✍️ "Elçi" qəzeti
“Rusiyada qiymət artımı daha da sürətlənəcək”
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukuyev ölkədə istehlak mallarının daha yüksək dinamikalı qiymət artımını proqnoz edir. Musavat.com-un Rusiya img1691778informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bununla belə, ilin sonu üçün o, inflyasiyanın 10%-ni keçməyəcəyini söyləyib.
Lakin sürətli qiymət artımını proqnoz edən nazir konkret rəqəmlər söyləməyib. Az öncə Ulyukuyev ilin sonu üçün inflyasiyanın 8,5%, yalnız gələn ilin 1-ci rübü üçün ikirəqəmli ola biləcəyini demişdi.
Maliyyə naziri Anton Siluanov da gələn ilin əvvəli üçün inflyasiyasının ikirəqəmli olacağını proqnozlaşdırmışdı.
 

Bənzər yazılar