Ölkədə sutka ərzində 49 nəfər COVID-19-dan dünyasını dəyişib.
Elchi.az Rusiyada COVID-19 ilə Mübarizə üzrə Operativ Qərargahın məlumatına görə, son sutka ərzində 3303 yeni koronavirusa yoluxma halı aşkarlanıb.
Ən çox yoluxma Moskvada aşkarlanıb, burada gündə 1052 nəfər xəstələnib. Yeni xəstəliklərin sayına görə ikinci yerdə Sankt-Peterburqdur – 313 xəstəlik var, üçüncü yerdə Başqırdıstan Respublikasıdır – 267 hadisə.
Bundan əlavə, Rusiyada sutka ərzində 49 nəfər koronavirusdan ölüb. COVID-19 diaqnozu ilə 695 xəstə xəstəxanaya yerləşdirilib, 4463 nəfər infeksiyadan sağalıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 21 823 855 nəfərə, COVID-19-dan ölənlərin sayı 394 035 nəfərə çatıb.
Şayəstə