"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiya və Qərbə “heç-heçə” təklif edildi – Ukrayna müharibəsi bitir?

29 Aprel 2024 - 11:54
in SİYASƏT
#image_title

#image_title

FacebookVatsap

“Sülh müqaviləsi imzalansa, bu, Kiyevin xeyrinə olar, çünki…”

Bunu da oxuyun

ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

Azərbaycan XİN Pakistana başsağlığı verib

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

ABŞ Konqresi bu həftə nəhayət, Ukraynaya 61 milyard dollarlıq yarım paketini təsdiqlədi. Eyni zamanda, Rusiyanın dondurulmuş 6 milyardlıq aktivlərini Kiyevə vermək haqda da qərar çıxardı.

İndi hamını ən çox düşündürən sual budur: böyük Amerika dəstəyi Ukrayna üçün nə deməkdir, bu, müharibənin sonunu və ya ədalətli sülhü yaxınlaşdıra biləcəkmi?

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Rusiya ilə Ukrayna arasında müharibə kimi mühüm məsələyə də toxunub. Dövlət başçısı bildirib ki, o, Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini bilmir, kim bilirsə, bəlkə də Nobel Sülh Mükafatına namizəd göstərilə bilər.

“Bütün bunların necə bitəcəyini heç kimin bildiyini düşünmürəm. Bəlkə belə demək daha yaxşıdır: bu nə vaxt bitə bilər? Çünki gec-tez müharibələr başa çatır. Təcrübəmizə əsaslanaraq öz fikrimi deyə bilərəm. Yəqin ki, bilməyiniz maraqlı olar ki, 1994-cü ilin mayında atəşkəs imzalanandan sonra müharibə dərhal dayanmadı. Rusiya və Ukrayna müharibənin aktiv fazasına son qoymağa razılaşsa, oxşar şey ola bilər. Amma bu, müharibənin bitməsinə zəmanət vermir”.

Belarus prezidenti Aleksandr Lukaşenko isə savaşın bitməsi üçün Qərbə və Rusiyaya “heç-heçə” təklif edib.

Sitat: “Bu gün Ukraynaya sülh lazımdır. İndi dinc danışıqlar üçün ən əlverişli vəziyyət yaranıb. Biz İstanbul razılaşmalarından başlaya bilərik. Bütün hərbi qulluqçular, Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, siyasətçilər və dövlət başçıları artıq açıq şəkildə deyirlər ki, Putinin qələbəsinə yol vermək olmaz. Əgər bunun mümkün olmadığını israr edirsinizsə, o zaman danışıqlar zamanıdır. Bu mərhələdə heç-heçə oynayın”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, bu yardım yetərli deyil: “ABŞ-ın Ukraynaya 61 milyard yardım ayırması Ukraynanın müharibədə qələbəsini və ərazi bütövlüyünü bərpa etməsini təmin etməyəcək. Bu, birmənalı belədir. Bu yardım Ukraynanın kapitulyasiyasının qarşısını almaq, onu müharibəni bir müddət də davam etdirməsinə inandırmaq, ruhlandırmaq üçündür, yardımın həcmi və ayrılan vəsaitin qarşılığında göndəriləcək silah-sursat qələbə üçün yetərli deyil. Ukraynanın qələbəsi üçün ABŞ arsenalında olan ən müasir silahları, ikinci dünya müharibəsində SSRİ-yə verdiyi kimi, Ukraynaya verməlidir. Həm də Ukraynanın istədiyi miqdarda. Hələ mən ikinci cəbhənin açılmasını demirəm. Hələlik görünən odur ki, kollektiv Qərb hansısa mərhələdə Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Ukraynada çoxları artıq bunu anlayır. Və dəfələrlə Ukrayna rəsmiləri bəyan edib ki, NATO-nun Rusiyaya güzəştə getməsi təklifini qəbul etməyəcək. Cənab Prezident İlham Əliyev tamamilə doğru qeyd edir ki, Rusiya- Ukrayna müharibəsinin necə bitəcəyini heç kim bilmir. Müharibə baş verirsə, qısa müddətdə bitmir. Bunun üçün zaman tələb olunur. Ancaq müharibənin ağır nəticələrinin aradan qaldırılmasına ehtiyac yaranır. Hətta atəşkəs olunandan sonra da tam şəkildə də əməl olunmur. Bu gün həqiqətən də ən çox sülh Ukraynaya lazımdır. Xalq zəlilin gününə qoyulub. Dünyanın ən çox qaçqını, 19 milyon insan qaçqın düşüb. Yüz əlli min insan həyatını itirib, şikəst olub, 200 min kv.km ərazi minalanıb, bu gün müharibə dayansa Ukraynanın infrastrukturunun bərpası üçün 4 trilyon dollar vəsait lazım olacaq, kim verəcək bu vəsaiti? Nə qədər tez müharibə dayansa, Ukrayna üçün böyük qazanc deməkdir. Bu mənada Aleksandr Lukaşenko haqlıdır. Dinc danışıqlar yolu ilə müharibəni saxlamalıdılar. Doğru qərarlar qəbul olunmalıdır. Ayrılan 61 milyard dolları Ukrayna silah-sursata deyil, Ukraynanın bərpasına yönəltməlidir”.

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd Rusiya sənayesinin durmadan inkişaf etdiyini söylədi, Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi elə bir həddə gəlib ki, Qərb də ediləcək yardımların nəticə verəcəyini düşünmür: “ Ukrayna yardımlar üçün çağırışlar edir, Qərb düşünür, Rusiya isə sahədə dayanmaq bilmir, hər keçən gün hücum tempini, raket zərbələrinin sayını artırır. Rusiya ilə bağlı bütün proqnozlar səhv çıxdı. Qərb mediası yazırdı ki, Rusiyanın raketləri bitmək üzrədir, Rusiya iqtisadiyyatı dayana bilməyəcək, Rusiya ordusundan kütləvi qaçışlar olacaq. Reallıqda isə hər şeyin tam əksini gördük. Rusiya bütün silah sənayesini işə salmağı bacardı. Artıq silah sənayesi elə bir həddə gəlib çatıb ki, aya 20 tank istehsal edirlər. Hazırda Ukrayna ərazisinə idarə olunan FAB-1500 bombaları atırlar. Bu bombaların çəkisi 1,5 tondur. Məlum olur ki, ruslar FAB-3000 bombalarının da kütləvi istehsalına başlayıblar. Rusiya döyüşə gedənlərə elə maaş verir ki, nəinki döyüşdən yayınanlar var, əksinə döyüşə can atanlar daha çoxdur. Müharibədə elə bir vəziyyət yaranıb ki, qısa zamanda rusları dayandıra bilməsələr, hansısa razılıq əldə olunmasa, Rusiya işğal etdiyi ərazilərin sahəsini genişləndirəcək. Ruslar hücumlarını davam etdirsə də, onlar üçün əsas hücum iyun ayında başlayacaq. Ukrayna tərəfi ancaq və ancaq müdafiə oluna bilər. NATO baş katibi belə bildirdi ki, Ukraynaya F-16-lar verilsə belə, döyüşün gedişinə təsir etməyəcək. Ona görə də, indiki məqamda müharibəni dayandırmaq variantı üzərində iş aparılır. Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib. Hesab edirəm ki, Rusiya ilə sülh müqaviləsi imzalansa, bu Ukraynanın xeyrinə olar, çünki bir qədər də müharibə uzansa, kapitulyasiyaya da gedə bilərlər. Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarı Qərb oldu. Çünki onlar ya Rusiyanın potensialını düzgün hesablamadı, ya da özləri bunda maraqlı oldu. Zamanında Ukraynaya silahlar, hava hücumundan müdafiə sistemləri, raketlər verilsə idi, bəlkə də müharibə bu həddə gəlib çatmazdı”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun fikrincə, Qərbin Putin planı baş tutmadı: “Qərb yardımlarının Ukrayna cəbhəsində vəziyyəti köklü şəkildə dəyişəcəyini zənn eləmirəm. Bu ən yaxşı halda müharibəni bir qədər də uzatmağa xidmət edəcək. Çünki Ukrayna sürətlə zəifləyir, enerji və digər həyati əhəmiyyətli infrastrukturu məhv edilir. Yəni ruslar tədricən Ukraynanı yormağa çalışırlar. Yəni cəbhədə müharibəni dayandırmaq üçün xüsusi bir vəziyyət yoxdur. Rusiya daxilində də müharibənin hər hansı təsiri və ya hakimiyyət daxilində parçalanma yoxdur. Məsələn, mümkün idi ki, cəbhədə uğursuzluqlar hakimiyyət daxilində və ictimai rəydə savaşı dayandırmaq çağırışını artırardı və nəticədə müəyyən bir dövrdən sonra hakimiyyət müharibəni dayandırmağa gedərdi. Yeri gəlmişkən, müharibənin ilk aylarında bu element var idi, İstanbul razılaşması faktiki olaraq Rusiya hakimiyyətinin geri çəkilməsi idi. Ancaq o zaman Qərb buna razı olmadı, indi isə Rusiya artıq buna getmək istəmir. Görünür, Qərb Putini rüsvayçı məğlubiyyətə sürükləmək istəyirdi, amma olmadı. İndi isə vəziyyət fərqlidir. Dediyim kimi, yardımlar sadəcə müharibəni uzatmağa xidmət edəcək. Açığı mən o qədər əmin deyiləm ki, Rusiya Lukaşenkonun dediyi ”heç-heçə”yə razı olacaq, ya da bu heç-heçənin formatı necə olacaq?”

Previous Post

Rusiya və Qərbə “heç-heçə” təklif edildi – Ukrayna müharibəsi bitir?

Next Post

FHN metroda təlim keçirib – VİDEO

Bənzər yazılar

ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

03 Avqust 2026 - 14:13

İsveçrə Federal Şurasının üzvü İqnatsio Kassis ATƏT-in fəaliyyətdə olan sədri qismində sabah Azərbaycana səfər edəcək. Elchi.az xəbər verir ki, bu...

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

03 Avqust 2026 - 13:52

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib. Bu barədə Elchi.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. "Pakistanın Bəlucistan əyalətində baş vermiş...

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

03 Avqust 2026 - 12:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, “AzərEnerji” ASC-nin...

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Next Post
FHN metroda təlim keçirib – VİDEO

FHN metroda təlim keçirib - VİDEO

FHN metroda təlim keçirib – VİDEO

FHN metroda təlim keçirib - VİDEO

Son xəbərlər

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır – VİDEO

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır – VİDEO

03 Avqust 2026 - 15:23
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda zavodda yanğın-taktiki təlim keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda zavodda yanğın-taktiki təlim keçirib

03 Avqust 2026 - 15:19
PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək

PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək

03 Avqust 2026 - 15:12
Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

Ukraynanın Aİ yolu: inteqrasiya addımı, yoxsa siyasi hesab?

03 Avqust 2026 - 15:00
İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

03 Avqust 2026 - 14:58
“Artsax bayrağı” Ermənistan parlamentindən yığışdırıldı

“Artsax bayrağı” Ermənistan parlamentindən yığışdırıldı

03 Avqust 2026 - 14:53
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib

03 Avqust 2026 - 14:44
Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI

Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI

03 Avqust 2026 - 14:30
“Dənizçilik” informasiya sistemi yaradılacaq – FƏRMAN

“Dənizçilik” informasiya sistemi yaradılacaq – FƏRMAN

03 Avqust 2026 - 14:20
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

03 Avqust 2026 - 14:18
ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

03 Avqust 2026 - 14:13
Merkel Minsk razılaşmalarının əsl məqsədini açıqladı

Merkel Minsk razılaşmalarının əsl məqsədini açıqladı

03 Avqust 2026 - 14:00
Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

03 Avqust 2026 - 13:52
Bir ailənin 3 üzvü dənizdə batdı, 1-i xilas edildi

Bir ailənin 3 üzvü dənizdə batdı, 1-i xilas edildi

03 Avqust 2026 - 13:43
Azərbaycanda 32 nəfəri gün vurub

Azərbaycanda 32 nəfəri gün vurub

03 Avqust 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.