Rusiya və Türkiyə müdafiə nazirləri Suriyanı müzakirə edib

43

Rusiya Federasiyası və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub.

Elchi.az-ın məlumatına görə, Sergey Şoyqu və Hulusi Akar Suriyanın şimalındakı vəziyyəti və ərzaq anlaşmasının davam etdirilməsi ilə bağlı bəzi məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.(apa)