“Rusiya Türkiyədə böyük təbii qaz mərkəzi qura bilər”.
Elchi.az xəbər verir ki, bu haqda açıqlamanı Moskvada 3 gün davam edəcək Rusiya Enerji Həftəsi Forumunun açılışında çıxış edən Pezident Vladimir Putin verib.
O qeyd edib ki, “Şimal axını” boru kəmərlərindəki nasazlıqlar təxribatdır və burada məqsəd Rusiya ilə Avropa arasında münasibətləri pozmaqdır.
Putin təxribatlar nəticəsində yaranacaq itkinin Qara dənizə yönələ biləcəklərini ifadə edib: “Avropanı təmin etmək üçün Türkiyədə böyük bir qaz mərkəzi yarada bilərik”.