Yolun açılması üçün Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin məsul şəxsləri Azərbaycan tərəfi ilə fəal danışıqları davam etdirirlər. Elchi.az xəbər verir ki, bu barədə üzdəniraq Artsax İnformasiya Qərargahının yaydığı məlumatda deyilir.
Mesajda qismən deyilir:
“Yeganə Artsax-Ermənistan magistral yolu iki saatdan çoxdur bağlı qalır.
Əvvəllər xəbər verdiyimiz kimi, bir qrup mülki geyimli azərbaycanlı ekoloji bəhanə ilə Şuşa şəhərinin seqmentində magistral yolu bağlayıb.
Yolun açılması üçün Rusiya sülhməramlı qüvvələrinin məsul şəxsləri Azərbaycan tərəfi ilə fəal danışıqları davam etdirirlər. Problemi mümkün qədər tez həll etmək üçün “Artsaxın” səlahiyyətli dövlət orqanları sülhməramlı qüvvələrin komandanlığı ilə operativ əlaqə saxlayır.
Vəziyyət dəyişərsə, ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”.
Şayəstə