Rusiya şirkətləri çökür

Qərbin sanksiyaları və neftin qiymətlərinin aşağı düşməsi Rusiya iqtisadiyyatını çökdürməkdə davam edir.
Ölkə.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu gün yayılan xəbərlərdə Rusiya birjasında əksər şirkətlərin hissələri dəyər itirməkdə davam edib.
Rusiyanın ən böyük korporasiyalarından biri "Alrosa"nın xalis gəliri 9 ay ərzində 44% aşağı düşüb və şıirkətin kapitalı təxminən 2 dəfə azalıb.
Bundan başqa ölkənin ən böyük bankı "Sberbank" da son 9 ay müddətində 10% gəlir itirib.
Rublun məzənnəsi isə avroya nisbətdə bir az da düşüb və 1 avronun dəyəri 58 rubla çatıb.
Analitiklər vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırılar.