Rusiya neftin ucuzlaşmasına tab gətirəcək, amma...

🗓 20.10.2014 23:31 ✍️ "Elçi" qəzeti
Rusiya neftin ucuzlaşmasına tab gətirəcək, amma...
2 il sonra isə...img1659703
“The Financial Times”  qəzeti hesab edir ki, Rusiya dünya bazarında neftin qiymətinin aşağı düşməsinə tab gətirə bilər, ancaq bu tab gətirmə cəmi bir neçə il davam edəcək.
İqtisadçı Sergey Quriyev yazır: “Rusiya iqtisadiyyatı güclü şəkildə neft amilinə bağlıdır. Buna baxmayaraq, Rusiyanın hazırda kifayət qədər ehtiyat fondları var. Ehtimal etmək olar ki, Rusiya neftin ucuzlaşmasına, yəni bir barel neftin  80-90 dollar olmasına iki il dözə bilər. Ancaq neft bazarında qiymətlər yenidən qalxmasa, vəziyyət çıxılmaz ola bilər. Digər tərəfdən, Qərbin tətbiq etdiyi sanksiyalar da öz təsirini daha kəskin şəkildə göstərəcək. Bütün bunlar isə Putin rejiminə yaxşı heç nə vəd etmir”.
Müəllif  iddia edir ki, ən yaxşı halda Rusiyanın pulu 2017-ci ilin sonuna  qədər çata bilər. Ancaq bütün bu illər ərzində xalqın dolanışığı pisləşəcək. İqtisadiyyatda durğunluq baş alıb gedəcək, insanların real gəlirləri sürətlə isə azalacaq.
Hökumət seçim qarşısında qalacaq: “Ya hökumət xərclərin bir hissəsin kəsməlidir, ya da vergiləri qaldırmalıdır. Xərclərin azalması o deməkdir ki, Putin seçilərkən xalqa vəd etdiyi sosial firavanlıqdan imtina etməlidir. Bu isə prezidentin populyarlığın aşağı salacaq. Vergilər artırılsa isə investisiya mühiti daha da korlanacaq. İstənilən halda, əgər neft 90 dollardan aşağı olsa, xalqı sakitləşdirmək lazım gələcək. Putin xalqı inandırmalı olacaq ki, Rusiya dörd tərəfdən düşmənlərlə mühasirəyə alınıb. Bütün xalq onun başının üstündə dalğalanan milli bayrağın ətrafında düşmənə qarşı birləşməlidir. Bunun üçün təbliğatı genişləndirmək lazım gələcək. Eyni zamanda siyasi repressiyalar güclənməlidir. Belə olduqda isə Rusiyanın xarici siyasətində xaotik gedişlər çoxalacaq”.
 
Elbəyi Həsənli 
 

Bənzər yazılar