"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Rusiya müharibənin davam etdirilməsinin yaxşı sonluqla bitməyəcəyinə əmin olmalıdır”-Qüdrət Həsənquliyev

04 Oktyabr 2025 - 13:30
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

Bunu da oxuyun

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

– Qüdrət bəy, Tramp HƏMAS-ın onun təqdim etdiyi sülh planı ilə razılaşdığını bildirib. Sülhün əldə olunacağına inanırsınızmı?

– Sülhün baş tutması üçün dua edirəm. Tərəflər, xüsusilə Fələstin xalqı onilliklərlə davam edən müharibədə çox acılar yaşayıb, əziyyət çəkib. Hər kəs müharibədən yorulub və münaqişə tərəfləri müharibənin bundan sonra da davam etdirilməsinin uğur gətirməyəcəyinə əmindirlər. Ona görə də Trampın liderliyi və Ərdoğanın köməyi ilə münaqişənin dayandırılmasına böyük ümid yaranıb. Sülh baş tutacaqsa, buna çox inanıram, Trampa Nobel sülh mükafatının verilməsindən imtina mümkünsüz olacaq. Əgər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında, işğalçıları ölkədən qovmaqla, əsas rolu İlham Əliyevin oynadığını hamı bilirdisə, indi Fələstin münaqişəsinin həllində əsas rol Trampa məxsusdur. Qəzzanın, yaxşı olardı ki, bütövlükdə Fələstinin ABŞ-nin idarəetməsinə verilməsi əzabkeş Fələstin xalqına azadlıqlar, inkişaf, rifah gətirərdi. Region dövlətləri Fələstində hüquqi dövlət quruculuğundan “pis nümunə” kimi qorxmamalı, Trampın sülh planına ciddi dəstək verməlidirlər. Əgər Azərbaycana sülhü qorumaq üçün regiona sülhməramlı qüvvə göndərmək təklif olunarsa əminəm ki, hər iki xalqla dost olan Azərbaycan, həm də tərəflər bundan imtina etməz. Azərbaycanın özü də belə bir təşəbbüslə çıxış edə bilər.

– Ukraynada da sülhə nail olmaq mümkündürmü?

– Hazırda bu çətin görsənsə də, mümkündür. Bu müharibədə də tərəflər artıq yorulub. Sülh daha çox Rusiyadan asılıdır. Putin əldə etdikləri ilə kifayətlənməli və müharibəni dayandırmalıdr. Rusiya müharibəni davam etdirməklə çox şeylə risk edir, o cümlədən Trampı itirməklə. Trampa təzyiqlər artır və o Rusiyanı əvvəlki kimi müdafiə edə bilməyəcək. Rusiya qonşularla sülhməramlı, qarşılıqlı hörmətə və ərazi bütövlüyünə əsaslanan dostluq siyasəti ilə daha çox şeyə nail ola bilər. Bu cür siyasət keçmiş sovet respublikalarını qorxutmaz, regionda daha sıx əməkdaşlığa, təhlüksizliyə və inkişafa yol açar. Bu zaman kiçik dövlətlərin Rusiyadan qorunmaq üçün kənarda hərbi müttəfiqlər axtarmasına da ehtiyac olmaz. Kollektiv Qərb müharibənin davam etdirilməsində yox, sülhdə maraqlı olsa, Çini də sülhə razı salsa və Ukraynaya ciddi dəstək versə, bu ilin sonuna qədər sülhə nail olmaq olar. Rusiya müharibənin davam etdirilməsinin yaxşı sonluqla bitməyəcəyinə əmin olmalıdır.

– Türkiyənin beynəlxalq münasibətlərdə oynadığı rolu necə qiymətləndirirsiniz?

– Türkiyə bizə qardaş ölkədir, onun uğurlarına sevinir, uğursuzluqlarına kədərlənirik, üzülürük. Türkiyə NATO üzvü olduğundan onun Ukrayna məsələsində neytral qalmaq siyasəti müttəfiqləri arasında ona etimadın azalmasına səbəb olub.Türkiyənin iddialı regional siyasəti də Qərbin narahatlığına səbəb olur. Türkiyənin Yaxın Şərq siyasəti, bu istiqamətdə bəzi radikal açıqlamaları da Türkiyəyə problemlər yaradır. ABŞ-də Yaxın Şərq regionunun problemlərinin region dövlətləri ilə müzakirəsi zamanı Trampın Ərdoğanı yanında oturtmasına rəğmən Osmanlı imperiyasının koloniyaları olmuş ərəb ölkələrinin Türkiyənin regionda liderliyini qəbul edəcəyi də Trampın bütün cəhdlərinə rəğmən az inandırıcıdır. Türkiyə daha çox diqqəti daxildəki iqtisadi problemlərin həllinə yönəltməli, demokratiyanı inkişaf etdirməli, hüquqi dövlət quruculuğu istiqamətində daha çox iş görməli, müttəfiqləri ilə münasibətdə daha səmimi olmalı və etibarlı tərəfdaş imicini itirməməlidir. Yalnız bu halda Qərbin yeni texnologiyalarına çıxış əldə edə, hər kəsin hörmət edəcəyi güclü dövlət qura bilər.

Previous Post

Tədqiqat: Formalaşmaqda olan planet saniyədə 6 milyard ton böyüyür

Next Post

Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb

Bənzər yazılar

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Elchi.az -ın məlumatına görə,...

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil...

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

20 İyul 2026 - 17:59

Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il futbol üzrə dünya çempionatının müddətini, yarışın müsəlmanlar üçün müqəddəs Ramazan ayına və ya yay istilərinə...

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

20 İyul 2026 - 15:30

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Elchi.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məsələ...

Next Post
Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb

Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb

Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib

Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.