Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də “Kirka” adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni nüvə obyektini məhv edəcəyi ilə yenidən hədələyib.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Fox News” teleşirkətinin canlı efirində bildirib.
“Mən “Kirka”nın altında nə baş verdiyini dəqiq bilirəm. Bu, böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik. Və əgər razılaşma əldə etməsək, “Kirka”nı da məhv etməli olacağıq. Əgər razılaşma əldə etməsək, biz bunu asanlıqla məhv edəcəyik”, — deyə vurğulayıb. O, son həftələrdə bir neçə dəfə bu cür xəbərdarlıqlar edib.
Məryəm





















