Güləş üzrə Bakıda keçirilən U-17 dünya çempionatı davam edir.
Elchi.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı yarımfinalda döşək üzərinə çıxıb.
45 kq çəki dərəcəsində yarışan idmançının iranlı rəqibi Armen İsmailli görüşə çıxmayıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.




















