“Rusiya kosmosda nüvə silahı yerləşdirmək istəyir”.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, bunu Amerika kəşfiyyatının məlumatları sübut edir.
Məlumata görə, Rusiya kosmosda nüvə silahı yerləşdirmək istəyir. Söhbət bu silahın peyklərə qarşı mümkün istifadəsindən gedir.
Qeyd edək ki, bu gün ABŞ Konqresində milli təhlükəsizliyə ciddi təhdid mövzusunda qapalı brifinq keçiriləcək. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvləri üçün şəxsən brifinq keçirəcəyini təsdiqləyib, lakin təhlükənin nədən ibarət olduğunu açıqlamaqdan imtina edib.
Yeganə