Rusiya iqtisadiyyatı çökür

Bu gün Moskva birjasında rus rublu avro və dollarla nisbətdə növbəti dəfə aşağı düşüb.
Axar.az lenta.ru-ya istinadən xəbər verir ki, dekabrın 12-də avro 2.23 rubl bahalaşaraq 70.53 rubla dəyişdirilib. Dollar isə 2.09 rub bahalaşaraq 56.89 rubl olub.
Bu barədə Rusiya Bankından məlumat verilib.
