Vaşınqtonla Moskvanın indiki münasibəti ABŞ – keçmiş SSRİ arasındakı “soyuq savaşa” daha çox oxşamağa başlayır.
Bu “savaşda” əsas məsələlərdən biri də kosmosdakı fəaliyyət və ya üstünlük uğrunda mübarizə idi.
Elchi.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, amerikalı qəzetçi Matt Gumey ortaya maraqlı bir iddia atıb.
Onun iddiasına əsasən, ABŞ-la Rusiya arasında süni peyklər arasında savaş ola bilər.
“Rusiya peykini Amerikanınkına çarparaq,yaxud kosmik tullantıları ABŞ-ın peykinə yönəldərərk,bütün ölkə üzrə mobil və internet bağlantıları məhv edə bilər ” – deyə, o, vurğulayıb.
Jurnalist bildirib ki, Qərbin həm iqtisadi, həm də hərbi məsələləri peyklərdən birbaşa asılıdır. Bu isə ABŞ üçün bir təhlükə mənbəyidir: “Bu səbəbdən də Moskva belə bir peyk həmləsi ilə çeşidli tədbirlərə əl ata bilər ”.