"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Vurulan düşmən helikopterinin əks-sədası

24 Noyabr 2014 - 23:50
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Hərbi jurnalistdən həmkarlarına çağırışibo_1396650780

Bunu da oxuyun

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın hava sərhədinin təpədən-dırnağadək silahlanmış uçan hərbi obyektlər tərəfindən kobudcasına pozulması müstəqil bir dövlət üçün narahatlığa əsas verən  kifayət qədər ciddi faktdır. O üzdən bu faktın təfərrüatları və şərhi  istər siyasi, istərsə də ictimai baxımdan peşəkar münasibət tələb edir.
HƏR HALDA: ölkənin silahlı təcavüz nəticəsində xaincəsinə pozulmuş hüdudlarına, hansısa naməlum insan ayağı ilə yenidən müdaxilə olunmayıb; Azərbaycan əsgəri də öz həyət-bacasında oynayan, münaqişənin nə olduğunu bilməyən dinc sakinə – uşağa güllə atmayıb…
Söz təkcə vaxtına çəkmir; sözün həm də yerinə çəkmək məqamı var: yəqin unutmamısınız, söhbət hələ 2011-ci ildə, özü də martın 8-də (!)  və Ağdamda (!) erməni snayperi tərəfindən öldürülmüş doqquz yaşlı Fariz Bədəlovdan gedir. Bu qətlin Beynəlxalq Qadınlar Bayramı günündə törədilməsi, tam əminəm, bəşəri anlamda, bir erməni əsgərinin  ana-bacısına, qohum-əqrabasına, nəhayət, körpə balalarına və özünə  verə biləcəyi ən böyük “hədiyyə”, ən yüksək “qiymət”dir…
İndi də həmin koordinatlarda manevr edən yağı, Allah bilir, daha  neçə nəfər dinc Azərbaycan  sakinini – körpə uşaqları hədəfə almaq niyyətilə “havalanıbmış…”
Hər halda, yurdumuzu yağmalamış düşmən özünü bu görkəmdə, bu imicdə, bu xislətdə  bizə  təqdim edir.
Düşmən özünü bu görkəmdə, bu imicdə, bu xislətdə bizə tanıtmaqla, həm də mənəviyyatımızı, mənimizdəki insani keyfiyyətləri də bir növ təhdid obyektinə çevirir: doqquz yaşlı günahsız uşağı hədəfə almaqla, tətiyi çəkməklə,  eyni zamanda bizim nə vaxtsa ona qarşı bəsləyə biləcəyimiz humanizmi, mərhəmət duyğularını da hədəfə alır, sınağa çəkir; bizim nə vaxtsa ona qarşı bəsləyə biləcəyimiz humanizmi,  mərhəmət duyğularını da  ən son həddədək məhdudlaşdırır.
Deməli, onun məkrli niyyətinin arxasında yalnız torpaq iddiası dayanmır, həm də biz dayanırıq, həm də bizim yerüstü, yeraltı sərvətlərimiz, həm də bizim maddi-mənəvi dəyərlərimiz dayanır! Azərbaycan dayanır!..
Söhbətin bu qədər ciddi və mürəkkəb məqamında  nadanlığı dərmanı olmayan qüsur kimi xarakterizə edən Kantı alqışlayıram və qədim yunanların müdrik bir kəlamını xatırlayıram: ləyaqət hissi Allahın insana verdiyi ən son ali keyfiyyətdir. Bu gün mən o keyfiyyəti günün günorta çağında belə, nə illah eləyirəmsə, erməni əsgərində tapa bilmirəm.
Buna kimsədə şübhə olmasın – fakt daşlaşmış həqiqətdir!
Həqiqət demişkən, hava sərhədimizin düşmən tərəfindən pozulması və bunun kütləvi informasiya vasitələrində əməlli-başlı rezonans doğurması da günümüzün narahatlıq yaradan reallıqlarındandır. Ən azı ona görə ki, bu fakt hərbi sahədə baş verən, yaxud baş verə biləcək hər hansı insidentə istər intellektual, istərsə də yaradıcılıq baxımından yanaşma imkanlarımızı fiksə etdi və bir sıra vacib məqamlara aydınlıq gətirdi.
Kiminsə xətrinə dəymək, ürəyini sındırmaq niyyətindən tamamilə uzaq mövqedə, yəni, həmkarlarımla sadəcə eyni sırada dayanmaq şərtilə, bir səmimi etirafımı da bölüşmək məcburiyyətindəyəm: biz – soyuq müharibənin döyüşçüləri öz cəbhəmizin  gözlənilən və gözlənilməz olaylarına hələ də tam hazır deyilik;
ən əsası: biz – soyuq müharibənin əsgərləri öz cəbhəmizin  döyüş taktikasını hələ də tam mənimsəməmişik…
Bunun bütün məsuliyyətini informasiya daşıyıcılarının boynuna atmaq, itirilmiş torpaqlara görə hansısa Qarabağ qazisinin yaxasından yapışmaq qədər, bəlkə bir az ondan da çox haqsızlıq olardı. Ancaq soyuq müharibə düşərgəsində  külüng vuranlar cəbhədə qazanılacaq qələbənin əsas kontrlarına müəlliflik etmək hüququnu itirmək istəmirlərsə, bəri başdan həvəskar münasibətin qarşısına Böyük Çin Səddi çəkmək zorundadırlar: dördüncü hakimiyyət  öz imicini və nüfuzunu yalnız bu yolla –  Qarabağ probleminin həllində informasiyanın müəyyənedici əhəmiyyətini bərpa etməklə qoruyub saxlaya bilər.
Bu,  soyuq səngərlərdə gecə-gündüz döyüş növbəsində dayanan  əsgərin çəkdiyi əziyyətdən də min qat ağır bir işdir, amma və lakin… başqa yolumuz varmı!? Başqa yolumuz  yoxdur!
Qələbə yalnız orada – cəbhədə qazanılmır ki!
Qələbə həm də burada – bizim yazı masalarımızın arxasında qazanılır!..
O üzdən kütləvi informasiya vasitələrinin yetkililərini Vətən naminə, Torpaq naminə, Xalq naminə  səfərbərliyə çağırıram: lütfən, sıralarınızdakı hər bir kəsə, yalnız öhdəsindən gələ biləcəyi işləri tapşırın və mərhum öndərimizin bu dəyərli nidasını heç vaxt unutmayın: Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur…
Bu yerdə diqqətinizi maraqlı bir tarixi fraqmentə yönəltmək istəyim də mənə rahatlıq vermir, elə hey özünü gözümə soxur; yəqin  ona görə ki, fikrimi bir az da aydın, bir az da sadə dillə çatdırmaq niyyətimdən qaynaqlanır. Beləliklə:
Qədim yunan rəssamı Apulleyin rəsm əsərlərinin sərgisi zamanı bir çəkməçi öz tənqidi fikirlərini müəlliflə bölüşür: Ustad, rəsminizdə çəkmələr düzgün çəkilməyib. İnsafən, Apulley onun iradı ilə sidq-ürəkdən razılaşır. Ancaq bundan daha da ruhlanan çəkməçi özünə sığmır, özündən çıxır və bir az da irəli gedir: dərin “mülahizə”lərilə bu dəfə bütövlükdə rəsmi tənqid atəşinə tutur. Apulley əhvalını pozmur, sakit-sakit köksünü irəli verir, nəhayət, ikicə tutarlı kəlmə ilə onu birdəfəlik susdurur: “Çəkməçi, öz qəlibini tanı!..”
Ancaq o da var ki, indiki məqamda gözləmə mövqeyi tutmaq, bununla da, hər dəfə kim(lər)isə fövqəladə göstərişlər verməyə vadar etmək, təşəbbüsü asta-asta itirmək anlamına gəlir. Hələ bir neçə il bundan öncə Ali Baş Komandanımızın vurğuladığı “biz bütün sahələrdə hücum mövqeyi tutmalıyıq” kimi dəyərli fikri, zənnimcə, imkanlarımızın səfərbərliyi, fəaliyyətimizin daha məhsuldar və daha aktiv fazada təzahürü  üçün  kifayət qədər tutarlı əsasdır. Qələbə qazanmaq istəyiriksə, yalnız hücum mövqeyinə sahib durmalıyıq, çünki ən etibarlı müdafiə elə hücumdur. Ancaq bu zaman son dərəcə tədbirli və intizamlı olmamız gərəkdi. Axı biz döyüş meydanındayıq. Döyüş meydanında isə, emosiyalara, hisslərə etibar etmək çox təhlükəlidir!
Döyüş meydanında  emosiyalara, hisslərə etibar edəndə həlledici amillər öz mahiyyətini və xarakterini itirir, dəyərlər dəyişir: döyüş meydanı heç kimdən icazə-filan istəmədən, özbaşına ŞOU meydanına çevrilir. Əslidə isə: ŞOU meydanında kim(lər)insə iki yüz minlik maşınının, iki milyonluq malikanəsinin… DÖYÜŞ meydanında  heç iki quruşluq dəyəri də olmur. İnanın, mən bunun reallıq müstəvisindəki əksilə dəfələrlə üz-üzə gəlmişəm…
O səbəbdən, həyatımızın az qala böyük hissəsini həyasızcasına zəbt etmiş şou ab-havasını heç olmasa Ordu ailəsinə münasibətdə məhdudlaşdırmaq, Ordunu bu təhlükəli virusdan təcrid etmək, zənnimcə, qarşımızda dayanan ən ümdə vəzifədir. Bu işdə uğur qazanmağın yeganə yolu isə, əlbəttə, hər bir kəsin “öz qəlibini tanı”masından keçir. Bu, həm də soyuq ağıla, inamlı mübarizəyə, yağmalanmış TORPAĞIMIZA – sığortalanmış QƏLƏBƏMİZƏ aparan yoldur.
Ancaq ön cəbhədə baş verən son hadisələr və bunun arxa cəbhədəki “gurultu”lu əksi bizi ilk növbədə fərqli bir səhnə ilə üz-üzə qoydu: yersiz, düşünülməmiş təhlükəli məqamlara ip ucu verənlər  mənsublarımız tərəfindən  təpkisiz qarşılandı. Vəziyyətin əsl mahiyyətini dərk edənlərin öz yaxasını bir kənara çəkməsi isə, meydanın həvəskarlar tərəfindən zəbtilə nəticələndi: emosoyalar, hisslər bu dəfə də ağıla güc gəldi, bu dəfə də ağılı küncə sığışdırdı. Bu dəfə də özümüzü aldatdıq…
Və nəinki Böyük Qələbəyə, heç lokal, ötəri uğurlara belə hazır olmadığımızı  nümayiş etdirdik…
Təəssüf…
O ki qaldı hər hansı hərbi informasiyanın mənbəyilə bağlı tənqidi fikirlərimə, onları yalnız müəyyən müddətə (!) təxirə salmaqla, bəlkə, mühafizəkarlığa yol verirəm. Ancaq məni narahat edən  bir mühüm məsələnin üstündən sükutla keçmək imkanım, səmimiyyətimə inanın, tamamilə məhduddur.
O üzdən ön xətdə – səngərlərdə mobil rabitə vasitələrilə sözün birbaşa anlamında əsl çəkiliş studiyası qurmuş hərbçilərimizin, xüsusilə, komanda heyətinin yaddaşını, bu təcrübənin acı nəticələrinə eyham vurmaqla  yenidən təzələmək məcburiyyətindəyəm.
Düşmənin gözləri onsuz da həmişə iti görür. Qulağınızda tutduğunuz, yaxud, cibinizdə gəzdirdiyiniz o balaca cihaz onun görmə radiusunu o dərəcədə təhlükəli həddədək artırır ki, bu, sizin və sizin tabeliyinizdəkilərin nəinki xidməti karyerası, hətta həyatı bahasına başa gələ bilər.
Mən anlayıram, həyat həmişə ciddidir, ancaq biz həmişə ciddi ola bilmirik. Ancaq tale də həmişə güzəştə getmir, həmişə bağışlamır. Rəhbərliyin bu barədə zaman-zaman verdiyi göstərişləri, tabeliyinizdəkilərin məsuliyyətini və nəhayət, dekarativ döyüş səhnəsində deyil, məhz real cəbhədə, barıt qoxusu verən səngərlərdə, hiyləgər düşmənlə üz-üzə dayandığınızı, lütfən, unutmayın. Özünüzü bir bu qədər ucuz tutmağınızın yeri yoxdu: gələcəyini sizlərdə görən insanların – xalqın etimadı, inamı çox dəyərlidi…
 
ZƏRURİ SÖZARDI
Yazımı 18-ci  əsr fransız filosofu Vovenarqdan bir yarpaq xatirə ilə yekunlaşdırıram və bunun ümumi mübarizədə bizə yardımçı olacağını düşünürəm:
“Mənim cavan bir nökərim vardı. Növbəti səyahətim zamanı köhnə tanışımla nahar etdim. O gedəndən sonra nökərim tanışımın çox ağıllı adam olduğunu bildirdi. Səbəbini soruşdum. Cavabı qısa oldu:
– Ağıllı adam həmişə düz danışır.
– Yəni, başqalarını aldatmır, eləmi?
– Xeyir, cənab, ağıllı adam başqalarını yox, özünü aldatmır…”
Bu zəruri sözardına məkrli və hiyləgər düşmənlə mübarizədə ağılın, soyuqqanlılığın nə qədər böyük yükə sahib olduğunu göstərmək məqsədilə sığındım. YƏNİ: ağılın  olmadığı yerdə nadanlığın həmişə meydan suladığını, özünü elm adlandırdığını sadəcə diqqətinizə çatdırmaq istədim. Vəssalam…
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenent
Previous Post

Vurulan düşmən helikopterinin əks-sədası

Next Post

İranın nüvə məsələsinin həlli gələn ilə qaldı

Bənzər yazılar

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49

Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb. Elchi.az bu barədə "Haber Global"a...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41

Bu gün səhər saatlarında "F-16" qırıcısı Rumıniyanın ərazi suları üzərində son üç gündə Rusiyanın üçüncü pilotsuz uçuş aparatını məhv edib....

Next Post

İranın nüvə məsələsinin həlli gələn ilə qaldı

İranın nüvə məsələsinin həlli gələn ilə qaldı

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.