“Rusiya Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir”.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bu barədə “Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı iki işə həmin məhkəmədə baxılması ehtimalına Kremlin necə yanaşdığı” sualına cavab verərkən deyib.
“Biz o məhkəmənin yurisdiksiyasını qəbul etmirik”,-deyə Peskov bildirib.
Yeganə