
Kremldən Qarabağ məsələsinə “töhfə”: Ermənistana 200 milyonluq silah, Azərbaycana odsaçan sistemlər…
Bir müddət öncə Moskvanın Ermənistana 200 milyonluq silah-sursat verəcəyi ilə bağlı xəbərlər Azərbaycanda narahatlıq doğurmuşdu. Əslində Rusiya Cənubi Qafqazdakı forpostuna bu məbləğdə kredit verəcəyini demişdi, lakin ekspertlər sanksiyalar girdabında olan şimal qonşumuzun Ermənistana nağd pul əvəzinə, silah verəcəyini daha ağlabatan hesab edir.
Bu arada Rusiya Azərbaycandakı narahatlığı səngitmək üçün növbəti gediş edib. Məlumata görə, Rusiya Azərbaycanın sifariş etdiyi BMP-3 piyada döyüş maşınlarının sonuncu partiyasını – 50 maşını yola salmağa hazırlaşır. Bu barədə Rusiyanın TASS rəsmi xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sferasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbə haqda Nijni Tagildə işə başlayan “Arms Expo-2015″ hərbi sərgisi zamanı danışıb. ”Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir” – mənbə deyib. Agentlik xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90S tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir. “Rosoboroneksport”dan bildiriblər ki, Rusiya Azərbaycanın 2010-cu ildə sifariş etdiyi hərbi texnikanın və silahların çatdırılmasını 2017-ci ilədək tam yekunlaşdıracaq. KİV-lərin məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.
Son şərhlər