"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya azərbaycanlıları Abbas Abbasovdan Putinə şikayət etdilər

03 Aprel 2015 - 12:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiya azərbaycanlıları Abbas Abbasovdan Putinə şikayət etdilər

Bunu da oxuyun

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyada yaşayan azərbaycanlılar RF prezidenti Vladimir Putinə müraciət ünvanlayaraq, Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abbas Abbasovdan şikayət ediblər. Moderator.az saytında dərc olunmuş müraciətin mətni aşağıdakı kimidir:
                                                                                     
Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə
Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri və üzvləri – “FMMM AzərRos: konsolidasiya və böhrandan çıxış problemləri” mövzusundakı dəyirmi masa iştirakçıları tərəfindən
Möhtərəm Vladimir Vladimiroviç!
Son zamanlar Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM AzərRos) ətrafında yaranmış və təşkilatı dağılma təhlükəsi qarşısında qoyan dramatik vəziyyət bizləri Sizə müraciət etməyə vadar etdi. Belə ki, Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının Baş nazirinin keçmiş müavini Abbas Abbasov, ondan maddi olaraq asılı olan tərəfdaşları ilə Rusiya Federasiyasının 17.06.1996-cı il tarixli, 74-FZ saylı “Milli-mədəni muxtariyyət haqqında” Federal Qanununu və Rusiya Federasiyasının 20.07.2012-ci il tarixli N 121-FZ saylı, “Rusiya Federasiyasının xarici agentlik funksiyalarını həyata keçirən qeyri kommersiya təşkilatlarının fəaliyyətinin tənzimlənməsi haqqında ayrı qanunverici aktlara dəyişikliklərin edilməsi haqqında” Federal Qanununu kobud şəkildə pozaraq, “AzərRos” FMMM ictimai təşkilatını zəbt etməyə çalışır.
AzərRos FMMM 1999-cu ildə Rusiyada yaradılıb. Öz fəaliyyəti dövründə təşkilat RF-ki azərbaycanlı icmalarını vahid mərkəz ətrafında birləşdirməyə nail olub, FMMM-in tərkibinə 40-dan artıq regional təşkilat daxil olub. Son zamanlara qədər AzərRos FMMM Azərbaycan mədəniyyətinin və adət-ənənələrinin qorunması, çoxmillətli Rusiyada yaşayan xalqlar arasında barışığın möhkəmlənməsi, Azərbaycan və Rusiya xalqları və dövlətləri arasında dostluq və mehribançılığın inkişaf edilməsi kimi tapşırıqları layiqincə yerinə yetirib. Təşkilat çox millətli Rusiya cəmiyyətində ekstremizmə, separatizmə və radikalizmə qarşı müqavimət göstərib, ölkə rəhbərliyinin siyasi kursunu daima dəstəkləyib. Sizin göstərişiniz əsasında 2001-2003-cü illərdə AzərRos FMMM-in rəhbəri, etibarlı nümayəndəniz Söyün Sadıxov milli məsələlər üzrə keçmiş nazir Vladimir Zorin və RF XİN-in nümayəndələri ilə  birlikdə AŞPA və AŞ-ın milli azlıqların məsələləri ilə bağlı iclaslarında iştirak edib, Rusiyanın maraqlarını təmsil edib, həmçinin Şimali Qafqazda konstitusiya qayda-qanununun tətbiqi və terrorizmlə mübarizə kimi ciddi məsələlərdə Sizin siyasətinizi dəstəkləyib.
Lakin, son il yarım ərzində bu şərəfli fəaliyyəti davam etdirmək və ictimaiyyət üçün əhəmiyyətli olan işin aparılması əvəzinə, biz AzərRos FMMM-in fəaliyyətində eniş müşahidə edirik. AzəRos FMMM-in problemləri 2013-cü ildə təşkilatın rəhbərliyinin dəyişməsi ilə başlanıb. Belə ki, Abbas Abbasov hiyləgər vasitələrlə muxtariyyətin prezidenti vəzifəsinə, qurumu öz şəxsi mənafeləri və gücü üçün mənbə kimi görən Asif Məhərrəmovu gətirdi (DİN ehtiyat olan polkovniki). Bu sözdə xadim, özünü FMMM-in tərkibində qurmuş olduğu Ağsaqqallar Şurasının sədri elan etmiş Abbas Abbasovun əlində oyuncağa çevrildi. A.Abbasovun timsalındakı yeni rəhbərlik, 15 il AzərRos FMMM-in ictimai-siyasi həyatında müvəffəqiyyətlə və fəal iştirak etmiş, lakin Abbasov siyasəti ilə razılaşmayan regional və yerli təşkilatların nümayəndələrindən qurtulmaq məqsədi ilə 28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan “kağız üzərində” qurultay keçirib. A.Abbasov və A.Məhərrəmov Sizin və Azərbaycan Respublikasının Prezidenti adından istifadə edərək, Rusiya azərbaycanlıları üzərində “nəzarətçi” və “polisay” mövqeyini tutmuşlar. Öz şəxsi ambisiyalarını rəhbər tutaraq, A.Abbasov AzərRos FMMM-i öz siyasi maraqlarını həyata keçirmək üçün bir alətə çevirmişdir. Bunun nəticəsində o, Rusiyanın azərbaycanlı icmasının, həmçinin Rusiya və Azərbaycan xalqlarının münasibətlərində gərginlik mənbəyinə çevrildi. Ağsaqqallar Şurasının keçmiş üzvü Rüstəm İbrahimbəyovla birlikdə o, öz əməlləri ilə Sizin adınızdan Azərbaycanın rəhbərliyinə ünvanlanan müxtəlif məzmunlu bəyanatlarla çıxış edərək Azərbaycan ictimaiyyətində Rusiya hökumətinə qarşı etibarsızlıq yaratdı. A.Abbasovun bu hərəkətləri Azərbaycan ictimaiyyəti və Rusiya azərbaycanlıları tərəfindən mənfi qarşılandı. 
AzərRos FMMM-in yeni rəhbərliyi ilə danışıqlar aparmaq istiqamətində göstərilən bütün səylər A.Abbasovun tutduğu mövqe, təşkilatda qurduğu avtoritar idarəetmə ucbatından uğursuzluğa düçar oldu, rəhbərlikdən fərqli düşünən hər kəsi təşkilatdan kənarlaşdıraraq, o AzərRos FMMM-i ciblik bir quruma çevirdi.  Son iki il ərzində AzərRos FMMM-dən bütün “xoşagəlməz” regional təşkilatlar xaric edilib – 2015-ci ilin əvvəlinə onun tərkibində cəmi 4 milli-mədəni muxtariyyət qaldı. 
AzərRos FMMM-ki böhranın həlli məqsədi ilə təşkilatın Federal Şuranın üzvləri və rəhbərləri 17 yanvar 2015-ci il tarixində öz sıralarına 120 nümayəndəni və bütün Rusiyadan 200-zə yaxın qonağı toplamış növbədən kənar qurultayın keçirilməsini təmin etdilər. Qeyd etmək lazımdır ki, qurultay RF hüquq-mühafizə təşkilatlarının təzyiqi altında keçirildi. Milli məsələləri idarə edən Prezident Administrasiyasının bəzi məmurları bölgələrdəki Azərbaycan təşkilatlarının üzvlərinə təzyiqlər göstərərək, öz hərəkətləri ilə fitnə və münaqişəni gərginləşdirərək legitim qurultayın keçirilməsinə maneələr yaratmağa çalışdılar. Biz hesab edirik ki, onlar A.Abbasov tərəfindən aldadılıblar. 
Qurultayda muxtariyyətin son iki ildəki fəaliyyəti qeyri qənaətbəxş hesab edilib, iştirakçılar A.Məhərrəmova və A.Abbasova qarşı etimadsızlıqlarını ifadə edərək, sonuncunun başçılıq etdiyi Ağsaqqallar Şurasını  ləğv etdilər. Təşkilatın birliyi və barışığı naminə iştirakçılar cari ilin 6 mart tarixinədək qurultayın işində fasilə elan etdilər və A.Abbasovu danışıqlara çağırdılar. Lakin o, ümumrusiya azərbaycanlılarının qərarına laqeyd yanaşdı. Açıq dezinformasiya və saxtakarlıqla o, Rusiya dövlət qurumlarının, xüsusi ilə Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələrini hələdə aldatmağa davam edir. 28 fevral tarixində A.Abbasov Moskvanın Millətlər Evində Azərbaycan ictimaiyyətindən və kütləvi informasiya vasitələrindən gizli olaraq, bağlı qapılar arxasında, Rusiyanın 40-dan artıq regional və yerli Azərbaycan ictimai təşkilatının nümayəndələrinin iştirakı olmadan, lakin RF Ədliyyə Nazirliyinin  nümayəndəsinin və cəmi 4 (!) regional təşkilatın nümayəndəsinin iştirak ilə “uğurlu qurultay” keçirtdi. AzərRos FMMM FŞ-ın , təşkilatın əsasını təşkil edən, həmçinin regional və yerli milli-mədəni muxtariyyətlərinin üzvləri münaqişə vəziyyətinin həlli üçün Moskva Millətlər Evinin önünə gəlmişlər, lakin onların qarşısı RF DİN və xüsusi təyinatlı qüvvələri, həmçinin A.Abbasovun kiraladığı Dağıstanlı dəstələr tərəfindən kobud şəkildə kəsilmişdi. Biz bu 28 fevral qurama və saxta qurultayı qeyri qanuni hesab edirik və AzərRos FMMM FŞ-ın əksər üzvünün və Rusiyadakı Azərbaycan təşkilatlarının rəhbərlərinin tam iştirakı olmadan qəbul edilmiş qərarların ləğv edilməsini tələb edəcəyik. Öz hərəkətləri ilə A.Abbasov icma daxilindəki münaqişəni və AzərRos FMMM-ki parçalanmanı daha da dərinləşdirdi və çıxılmaz bir nöqtəyə gətirdi.
Hörmətli Vladimir Vladimiroviç!
Biz düşünürük ki, AzərRos FMMM-in parçalanması artıq Azərbaycan icmasının bilavasitə daxili problemi deyil. Kəskinləşən qarşıdurma, çox millətli Rusiya cəmiyyətində bütövlüklə xoşagəlməz mühitin yaranmasına səbəb olur. Rusiya ətrafında mövcud gərgin siyasi şəraitdə bizlər, Rusiya vətəndaşları, cəmiyyətin daxilindəki narazıçılıqları aradan qaldıraraq birliyə nail olmaq istəyirik. Biz bu gün dünya və Ukrayna ətrafında mövcud olan gərgin vəziyyətdə AzərRos FMMM-dəki münaqişənin daxili çərçivədən millətlər arası səviyyəyə daşmasından ehtiyat edirik. Münaqişənin artmasının və yaranmış böhrandan çıxış yolunun tapılması məqsədi ilə biz, Sizə RF vətəndaşlarının konstitusiya hüquqlarının qarantı kimi müraciət edərək, RF “İctimai təşkilatlar haqqında” və RF “Milli-mədəni muxtariyyət haqqında” Qanunların pozulması məsələsinin araşdırılması məqsədi ilə aidiyyəti hökumət təşkilatlarına, həmçinin milli siyasət məsələləri üzrə səlahiyyətli olan RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedsalamova və RF Ədliyyə Nazirliyinə AzərRos FMMM-in fəallarının iştirakı ilə iclasın keçirilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Dərin hörmətlə,
 
Abdullayeva M.S., AzərRos FMMM-in üzvü 
Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi
Abdurəşidov Ş. “Kontinent” MMC
Əvazov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM.
Аğayev Q., Moskva vilayəti üzrə RMMM .
Ağamirova L.,  AzərRos FMMM-in Gənclər birliyi
Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi
Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü
Allahveridyev Т., 
Аlıyev А., şair ƏİB “Şəhriyar”
Amanov E.А., RMMM Kaluqa vilayəti 
Аslan М., “Kontinent” MMC
Əhmədov Q.M. AzərRos FMMM-in üzvü
Əhmədov T.N. 
Babayev T.E.
Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi
 • Hacıyev T.S. ., AzərRos FMMM-in üzvü 
 • Qəmbərov R.A. МMM İvanovo şəhəri
 • Qarayev İlqar “Kontinent” MMC
 • Həsənov E.R.
 • Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi
 • Qasımiv А., şair ƏİB “Şəhriyar”
 • Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi
 • Qurbanov D.B.
 • Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti 
 • Hüseynov A., tarix elmləri doktoru, professor
 • Hüseynov А.İ., RMMM Yaroslav vilayəti.
 • Hüseynov R.İ., Ulyanovsk şəhəri
 • Hüseynov F.A., “Kontinent” MMC
 • Gəncəliyev N., RMMM Astraxan vilayəti
 • Cavadov Ş.D. RMMM Kaluq avilayəti
 • Cəlalov Ş.D., “Kontinent” MMC
 • Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi
 • Cəfərov Ş., RÜAK Fondu, Moskva şəhəri.
 • Dövlətov A. AzərRos FMMM-in Gənclər birliyi
 • Zeynalov А., AzərRos FMMM-in Gənclər birliyi
 • Zeynalov E.İ., AzərRos FMMM-in Gənclər birliyi
 • İsrafilov А. N.
 • Qəlbiyev U.İ.
 • Məhərrəmov Ə.Y.
 • Məmmədov A.İ. Krasnoyarsk şəhəri
 • Məmmədov A. А.
 • Məmmədov V., publisist ƏİB “Şəhriyar”
 • Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi
 • Məmmədov S., şair ƏİB “Şəhriyar”
 • Məmmədov E.A.
 • Məmmədov S.A. MMMM İvanovo şəhəri
 • Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi
 • Mehdiyev А., jurnalist
 • Mustafayev V.R., RMMM Rostov vilayəti 
 • Rəhimov R.F.
 • Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti 
 • Səfərov А. S.
 • Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu
 • Seyidov A.R. RMMM Surqut şəhəri (ХМVD)
 • Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti.
 • Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri.
 • Xanbabayev E., RÜAK Fondu, Moskva şəhəri.
 • Xıdırov Y.Y., AzərRos FMMM-in vitse-prezidenti
 • Şamilov V., AzərRos FMMM-in Gənclər birliyi
 • Şamilova İ., AzərRos FMMM-in Gənclər birliyi
 • Yaqubov A.N. MMMM İvanovo şəhəri
Moskva şəh. 3 mart 2015-c il.
Dəyirmi masa iştirakçılarının
tapşırığı ilə AzərRos FMMM-in
Prezidenti v.m.i.e., Federal Şuranın üzvü Hacıyev T.S.
Previous Post

Rusiya azərbaycanlıları Abbas Abbasovdan Putinə şikayət etdilər

Next Post

Sabah “Qanlı Ay tutulması” olacaq

Bənzər yazılar

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

Sabah “Qanlı Ay tutulması” olacaq

Alman pilot haqda yeni məlumatlar - İnternetdə görün nəyi axtarıb

Son xəbərlər

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.