Rusiya Azərbaycan Beynəlxalq Bankını çirkli pulların yuyulmasında ittiham etdi

🗓 20.11.2014 10:07 ✍️ "Elçi" qəzeti
Rusiya Azərbaycan Beynəlxalq Bankını çirkli pulların yuyulmasında ittiham etdi
72386_res_01Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını (“MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir. Məlumatı Rusiya Mərkəzi Bankının saytına istinadən АК&M  agentliyi yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib. Azərbaycan Beynəlxalq Bankının Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.

Bənzər yazılar