Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Avropa İttifaqının taxıl sazişi ilə bağlı BMT-yə yazılı vədlər verdiyinə diqqət çəkib. “Bu vədlər, görünür, xoş niyyət ehtiva edir. Əgər onlar yerinə yetirilərsə, Rusiya gübrələrinin və taxılın daşınmasında maneələr aradan qaldırılacaq”, – Lavrov deyib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Liderlər Sammitində iştirak edəcəyi İndoneziyanın Bali adasında jurnalistlərə açıqlama verib.
“Rusiyanın taxıl müqaviləsini hansı şərtlərlə uzadacağı” sualını cavablandıran Lavrov bu şərtlərin “sadə” olduğunu və sözügedən müqavilədə yer aldığını vurğulayıb.
Sergey Lavrov taxıl sazişinin Rusiya taxılının daşınması qarşısındakı maneələrin aradan qaldırılmasını ehtiva etdiyinə diqqət çəkib və hələlik bu istiqamətdə irəliləyiş olmadığını vurğulayıb.
Şayəstə