Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqında (Aİ) yerləşən 15 xəbər saytına girişin məhdudlaşdırıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada , AB-nin Rusiyaya qarşı 16-cı sanksiya paketi ilə 8 rus xəbər saytına məhdudiyyətlər tətbiq etdiyi xatırladılıb.
AB-nin bu addımının qarşılıqlı münasibətdən çıxdığına işarə edilən açıqlamada, “Rusiyada yalan məlumat yayan 15 Avropa İttifaqına mənsub media qurumunun internet saytlarına giriş məhdudiyyəti qoyulub” məlumatı paylaşılıb.
Bəyanatda AB-nin daha əvvəl Rusiya mətbuatına qoyduğu ədalətsiz məhdudiyyətlərin cavabsız qalmayacağı ilə bağlı xəbərdarlıq edildiyi vurğulanıb və əlavə edilib: “Nəşrlər və informasiya kanallarına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya tərəfi də Avropa mətbuatı ilə bağlı qərarını yenidən nəzərdən keçirəcək”.
Nuranə Məmmədova


















