Rusiya Xarici İşlər Nazirliyi 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, nazirlik yazılı açıqlamada ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyini bildirib.
Açıqlamada 227 ABŞ rəsmisinin Rusiyaya girişinin qarşılıqlı şəkildə qadağan edildiyi, həmçinin bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və elm adamlarının da olduğu vurğulanıb.
Rusiyanın ölkəyə girişini qadağan etdiyi şəxslərin siyahısında ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar var.
Nuranə Məmmədova