"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rus-Türk savaşı ehtimalı: Azərbaycan risk qrupunda – TƏHLİL

17 Fevral 2016 - 10:09
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Payız bir də gəlməyəcək – ELEGİYA

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Rusiya ilə Türkiyə arasında son günlər artan gərginliyin mümkün təhlükəli nəticəsi iki ölkənin hərbi toqquşma ehtimalıdır. Bununla bağlı artıq real proqnozlar səsləndirilir və hətta Türkiyə ilə Rusiyanın hərbi qüvvələri müqayisə olunaraq, üstünlük daha çox birinciyə verilir.

Bu məsələdə ən təhlükəli məqam baş verə biləcək qarşıdurmanın məkanı ilə bağlıdır ki, belə olan halda Azərbaycan ərazisi də mümkün risk qrupuna daxil olur. Azərbaycanın işğal olunmuş ərazilərində gərginliyin yaranması və sonrakı mərhələdə rus-türk müharibəsi meydanına çevrilməsi ölkəmiz üçün ən arzuolunmaz variantdır. Odur ki, hazırkı məqamda Azərbaycan diplomatiyasının üzərinə düşən əsas vəzifə hadisələrin bu tip inkişafına yol verməmək və ölkəni risk qrupundan çıxarmağa nail olmaqdır.

Rus-türk gərginliyinin yenidən dünya siyasi gündəmini zəbt etməsinin səbəbi nədir və hadisələrin mümkün inkişaf variantları necə ola bilər?

Məlumdur ki, Rusiya bu ilin sentyabr ayında parlament seçkilərinə hazırlaşır və ölkə üçün hazırk; dözülməz iqtisadi vəziyyətdə seçkilərə getmək hakimiyyətin sonu ilə nəticələnə bilər. Kreml, təbii ki, 2011-2012-ci illərdə parlament seçkilərindən sonrakı kütləvi etiraz aksiyalarını unutmayıb. Həmin vaxt yüz mindən artıq insan aylarla Moskvanın mərkəzində seçki saxtakarlığına etiraz etmiş, etiraz aksiyaları bütün ölkəni bürümüşdü.

Yeri gəlmişkən, o dövrdə neftin barrelinin illik orta qiyməti 120 dollar təşkil edirdi. Yəni ölkə iqtisadiyyatının vəziyyəti qənaətbəxş hesab oluna bilərdi və hakimiyyətin təbliğat maşınında istifadə üçün kifayət qədər müsbət xarakterli material toplanmışdı. Hazırkı vəziyyət isə Kreml üçün heç də ürəkaçan hesab oluna bilməz və hətta Qızıl meydanın “maydan”a çevrilcəyi ehtimalını belə, tam istisna etmək olmaz.

Belə bir məqamda neftin qiymətində müəyyən diqqətçəkən artım Kreml üçün xilasedici kəmər ola bilər. Söhbət heç iqtisadi dirçəlişdən də getmir. Söhbət hakim partiya ətrafında uğurlu seçkiqabağı təbliğatın aparılması üçün resurs rolunu oynaya biləcək informasiyadan gedir. Məsələn “Amerikanın Rusiyaya qarşı iqtisadi təzyiqləri əks təsirlə nəticələndi və Vaşinqton geri çəkilməyə məcbur oldu” tezisinə uyğun təbliğatın qurulması mümkündür.

Ehtimal etmək olar ki, Kreml məhz bu məqsədlə Amerikadan güzəştlərə nail olmaq üçün hərəkətə keçdi. Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılacağına Putinin razılıq verməsi ilə bağlı ilin əvvəlində Qərb mətbuatında yayılan informasiyalar bununla bağlı ola bilərdi. Guman ki, Rusiya neftin qiymətlərində artım müqabilində Əsədi qurban verməyə hazır idi. Lakin bu plan müəyyən səbəblərdən baş tutmadı.

Planın baş tutmamasının müxtəlif səbəbləri ola bilər. Məsələn, Qərb iqtisadi sanksiyaların ləğvi müqabilində Rusiyadan daha böyük güzəştlər tələb edə bilərdi. Tutalım, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə yanaşı, Ukraynanın şərqindən rus silahlı qüvvələrinin çıxarılması, hətta Krımın Ukraynaya geri qaytarılması kimi şərtlərin irəli sürülməsi mümkündür. Mahiyyət etibarilə bu gün dünyada yarananmış iqtisadi böhranın kökündə Krımın Rusiya tərəfindən ilhaqı dayanmırmı?

Əsədin devrilməsi planını icra etməli olan (bu barədə `Stratfor` agentliyi məlumat versə də, Kremlin mətbuat xidməti informasiyanı təkzib edir) Rusiya Dövlət Kəşviyyat İdarəsinin rəhbəri general Serqunun Livanda qətli daha çox bu planla razılaşmayan şiə qüvvələrin işi kimi görünsə də, əslində Qərb koalisiyasının maraqlarına daha çox uyğun gəlir. Nəticədə, Moskva ilə Tehran və Dəməşq arasında ixtilaf yaranır və onsuzda zəif olan Rusiya-şiə birliyində çatlar əmələ gəlir. Üstəgəl, İrana qarşı sanksiyaların ləğvindən dərhal sonra Tehranın neftin ixracını artırması qiymətləri daha da aşağı saldı və Moskvanın qiymət artımına hesablanmış siyasətinin reallaşmasını daha uzaq üfüqlərə yolladı. Bu addımın İran-Rusiya münasibətlərinə təsirsiz ötüşmədiyini də əminliklə söyləmək olar.

Moskvanın Krım və Suriyadan geri çəkilməsi Kremlin bu günə qədər apardığı siyasətin fiaskoya uğradığını sübut edəcəyi üçün Rusiyanın Suriyada hərbi zərbələrini artırmaqdan başqa çıxış yolu qalmadı. Kreml hələ də ümid edir ki, Suriyada hərbi zərbələrinin miqyasını genişləndirdikcə Qərbdən sanksiya məsələsində güzəşt əldə edəcək. Moskvanı ümidləndirən əsas məqamlardan biri də hərbi zərbələrin artması fonunda miqrantların sayının çoxalmasıdır ki, Avropa ölkələri bu təzyiqə tab gətirməyə bilərlər. Bundan əlavə, Rusiyanın Baltikyanı ölkələrlə sərhəddə hərbi təlimlərə start verməsi əlavə təzyiq metodudur.

Lakin görünən odur ki, Qərb Rusiyanın Suriyada hərbi manevrləri genişləndirməsində hətta, Suriyada yerüstü əməliyyatlara başlamasında maraqlıdır. Türkiyə ilə düşmənçilik buna əlavə stimul qatır. Məlumdur ki, müharibə çox bahalı oyundur və Rusiyanın son maliyyə ehtiyatlarının tükədilməsi üçün bundan gözəl vasitə ola bilməz.

Ankara bir tərəfdən Qərbin maraqlarını təmin etməklə yanaşı, öz milli maraqlarını da güdür. Rusiyanın Suriyaya qoşun yeritməsi Türkiyənin Suriyaya daxil olması üçün bəhanə yaradacaq və ən azı özünə yaxın strateji ərazilərin (əsasən Aralıq dənizi sahili) nəzarətə götürülməsinə şərait yaradacaq. Rusiyanın Suriyada quru əməliyyatlarda məğlub olacağını isə indidən əminliklə demək olar. Çünki ruslara qarşı tək Türkiyə deyil, Suriyaya daxil olmağa can atan Səudiyyə Ərəbistanı, Rusiyanın özünə düşmən elan etdiyi İŞİD və Ən-Nusra terror təşkilatları kimi qüvvələr də vuruşacaqlar. Əlavə olaraq hansısa qərb ölkələrinin, hətta ABŞ-ın kömək məqsədilə müdaxiləsi mümkündür. Yəni Rusiya Suriyada bir neçə cəbhədə mübarizə aparmalı olacaq.

Lakin Rusiyanın çəkişmə məkanı kimi Azərbaycan ərazisini seçməsi ən təhlükəli ssenarilərdən biridir. Odur ki, Ankara və Bakı bunun baş verməməsi üçün bütün mümükün variantlardan istifadə edəcəklər. Ərdoğanın məhz Gəncə şəhərinə səfər etməsi Türkiyənin Azərbaycana birmənalı dəstəyindən xəbər verir. Xatırlatmaq yerinə düşər ki, Qəbələ RLS-dən Rusiya qoşunların çixarılması ərəfəsində də, Ərdoğan məhz Qəbələdə prezident İlham Əliyevlə görüşmüşdü.

Bununla belə, Rusiya ilə Türkiyənin hansı halda Qarabağda toqquşa biləcəyi və bunun geosiyasi nəticələrinin nədən ibarət olcağı maraqlıdır. Növbəti yazıda bu məsələ təhlil olunacaq.

Previous Post

Rus-Türk savaşı ehtimalı: Azərbaycan risk qrupunda – TƏHLİL

Next Post

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı saziş imzalanıb

Bənzər yazılar

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51

Dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, siyasi partiyaların fəaliyyətində iştirakı və xarici səfərləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Elchi.az...

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25

Bəzən bir telefon zəngi adamı illər əvvələ aparır. Sanki telefonun o biri başından gələn səs bir xəbər gətirmir, keçmişdən bir...

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

25 Sentyabr 2026 - 11:56

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir. Müdafiə Nazirliyindən Elchi.az-a verilən xəbərə görə,...

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16

Kolumbiya hökuməti İranla diplomatik əlaqələrin rəsmən dayandırıldığını elan edib. Elchi.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi İranla əlaqələrin kəsilməsi...

Next Post

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı saziş imzalanıb

Yaponiyanın ilk reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı saziş imzalanıb

Son xəbərlər

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08
Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

25 Sentyabr 2026 - 15:00
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

25 Sentyabr 2026 - 14:52
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 Sentyabr 2026 - 14:30
Formula 2-nin birinci əsas yarışı başladı

Formula 2-nin birinci əsas yarışı başladı

25 Sentyabr 2026 - 14:14
Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51
Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr 2026 - 13:42
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

25 Sentyabr 2026 - 13:00
İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

25 Sentyabr 2026 - 12:52
Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

25 Sentyabr 2026 - 12:47
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25 Sentyabr 2026 - 12:38
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 - 12:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.