Kolumbiya hökuməti İranla diplomatik əlaqələrin rəsmən dayandırıldığını elan edib.
Elchi.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi İranla əlaqələrin kəsilməsi barədə məlumatı “X” (əvvəlki adı ilə Twitter) sosial şəbəkə platformasında yayımladığı bəyanatla açıqlayıb.
Nazirlik yazılı bəyanatında diplomatik əlaqələrin kəsilməsinə səbəb kimi Tehran administrasiyasının “terrorçu və narkotik qaçaqmalçılığı ilə məşğul olan təşkilatlarla iddia edilən əlaqələrini” göstərib.
Nazirlik qərarın 19 sentyabr tarixində qəbul edildiyini və bunun “milli və regional təhlükəsizlik, həmçinin beynəlxalq cinayətkarlıqla mübarizə məsələlərinə cavab olaraq” verildiyini bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, bu qərar Kolumbiyanın İran rəsmilərinə olan etimadını sarsıdan digər hadisələrlə də əlaqəlidir.
Nazirliyin paylaşımında vurğulanıb ki, həmin hadisələrə “İranın insan hüquqlarını pozması, Yaxın Şərqdə münaqişə zonalarından kənarda hərbi fəaliyyətləri, Hörmüz boğazının bağlanması və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərinə dair yoxlamalarının məhdudlaşdırılması” kimi hallar daxildir.
Şayəstə




















