Qərb Hərbi Dairəsinin bölmələrindən birinin komandiri jurnalistlərə bildirib ki, əsgərlər babalarının şücaətini təkrarlayırlar.
Elchi.az xəbər verir ki, Xarkov vilayətində döyüşən Qərb Hərbi Dairəsinin bölmələrindən birinin komandiri RİA Novosti-yə bildirib ki, Rusiya hərbçiləri Böyük Vətən Müharibəsi (İkinci Dünya Müharibəsi) illərində Kupyansk istiqamətində qazılmış səngərlərdə ön cəbhədədir.
“Biz babalarımızın şücaətini təkrar edirik!” – “Şahzadə” çağırış nişanı ilə bölük komandiri dedi. O, bu istiqamətdəki səngərlərin əksəriyyətinin İkinci Dünya Müharibəsi dövründən qaldığını da açıqlayıb.
“Onlarda hətta babalarımız da döyüşüb. Onları təmizləyiblər, qaydaya salıblar… biz onların şücaətini təkrar edirik”, – hərbçi deyib.
O, həmçinin əlavə edib ki, bu səngərlər zibillənib, böyüyüb, lakin onlar bərpa olunub.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-ü, cümə axşamı səhər saatlarında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bildirib ki, onun məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan vətəndaşları qorumaqdır”.
Məryəm