Priqojin Donetskin Berxovka kəndinin rus qüvvələri tərəfindən tutulduğunu elan etdi.
Elchi.az xəbər verir ki, Donetskin Artemovsk şəhərindən 7 kilometr şimalda yerləşən Berxovka şəhəri Rusiya qüvvələri tərəfindən tam nəzarətə götürülüb. Bu sözləri cümə günü, fevralın 24-də rusiyalı iş adamı Yevgeni Priqojin deyib.
“Berxovka tamamilə bizim nəzarətimizə alınıb. Vaqner PMC-nin bölmələri Berxovkaya tam nəzarət edir”, – deyə Priqojin öz mətbuat xidmətinin Telegram kanalında bildirib.
Xatırladaq ki, bir gün əvvəl Donetskin müvəqqəti (vəzifəsini icra edən) rəhbərinin müşaviri Yan Qaqin Ukrayna Silahlı Qüvvələrinin (APU) Artyomovsk və Vuqlodar istiqamətlərində canlı qüvvə və texnika itirdiyini açıqlamışdı.
Şayəstə