"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rufiz Qonaqov: Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental tədqiqat əsərinin elmi dəyərləri haqqında

25 Avqust 2015 - 10:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının…
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental tədqiqat əsərinin elmi dəyərləri haqqında
Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar arasında “geosiyasi zolaqlar” da formalaşa bilir. Məsələn, Azərbaycan həm Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı “geosiyasi zolağın” komponentidir (birləşdirici subyekt kimi). Digər dövlətlərlə əlaqələr geosiyasətin formalaşması proseslərini təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onun geosiyasi nüvəsini təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz növbəsində daxili siyasətini tamamlayır. Tamamlama sayəsində dövlətin daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin hərəkət sferasının formalaşmasına səbəb olur.
Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan həm dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur. Bu istiqmat baza olaraq iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına -ölkədaxili məkanına daxil olur, təsir edir (hətta bir çox hallarda geosiyasi “eksterritoriallıq” yaranır, yəni, başqa ərazilərdə imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı məkan nəzərdə tutulur) üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər həmçinin üçüncü və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir. Fərqli güclərə görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana gətirir.
Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin defacto və dejure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan ) tanınması və dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.
Bu baxımdan dəyərli tədqiqatçı, professor Əli Həsənovun 2015-ci ildə işıq üzü görmüş “Azərbaycanın geosiyasəti” adlı əsəri də xüsusi elmi-fundamental əhəmiyyətə malikdir.
Əsərin “Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları” adlanan I bölməsində Azərbaycanın ayrı-ayrı mərhələlər və dövrlər üzrə geosiyasi inkişaf tarixi, həmçinin müasir inkişaf siyasəti, onun xarakteristikası, parametrləri, xarici siyasətin əsas vəzifələri və tələbləri, eləcə də ölkəmizin müasir geosiyasi statusu ilə bağlı məsələlər elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsər Azərbaycanın qədim zamanlarda geosiyasi statusunun formalaşmasının elmi əsaslarının yığcam təhlili ilə başlayır. Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti konkret faktlar, bu baxımdan cərəyan edən siyasi hadisələr əsasında elmi təhlillər süzgəcindən keçirilmişdir. Belə qənaətə gəlinir ki, qədim Azərbaycan dövlətlərinin xarici siyasətlərinin formalaşması əsasları onların artıq subyektlər kimi mövcudluqlarından irəli gəlmişdir. Burada artıq tarixi ardıcıllıq əsasında Azərbaycanın dəyişən və artan geosiyasi vəziyyətləri təhlil obyektinə çevrilir. Orta əsrlərin geosiyasi xarakteristikası verilir və ölkənin regionun əsas oyunçularının –Rusiya, İran, Türkiyə (Osmanlı imperiyası)nin rəqabət obyektinə çevrilməsinin əsasları şərh olunur. Burada professor Əli Həsənov Azərbaycanı regional strateji subyekt kimi təhlil obyektinə cəlb edir və ölkənin böyük dövlətlərin maraqlarını cəzb edən obyekt kimi parametrlərini əks etdirir. Bununla da tarixi aspektdən geosiyasi bütövlüyü ortaya qoya bilir. Tədqiatçı siyasi prosesləri Birinci Dünya müharibəsinə qədər zaman kriteriyası ilə bağlayır, həmçinin siyasi nəticələr ardıcıllığını da kompleksləşdirir. Bununla da tarixi dövrlərin birləşmiş geosiyasətini elmi baxımdan açır.
XX əsrin əvvəllərində Cənubi Qafqazın geosiyasi mühitinin formalaşması cəhətləri elmin predmetinə çevrilir. Burada Azərbaycanın müstəqillik qazanması və müstəqil geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi əsasları şərh olunur. ADR-in xarici siyasəti, diplomatik manevrləri və uğursuzluqları elmin tələbləri ilə analiz edilir.
Əsərin Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsi daha çox Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyətinin təhlili ilə səciyyələnir. Avrasiyanın planetar və regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir. ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin və birliklərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir. Bu bölmədə Avrasiyanın ümumi geosiyasi müstəvisinin formalaşması komponentləri və onların qarşılıqlı strukturunun əsasları elmin obyektinə çevrilir.
Ümumiyyətlə, professor Əli Həsənovun əsərlərində bu kimi məsələlər, geosiyasi aspektlər tədqiqat üçün obyekt və predmet mövzusunu təşkil edir:

-SSRİ-nin dağılmasından sonrakı dövrdə Avrasiyada baş verən geosiyasi prosesləri, MDB-nin yaradılması və bu qurum daxilində baş verən iqtisadi, siyasi, mədəni inteqrasiya prosesləri;
-Böyük dövlətlərin XX sərdə Avrasiyada formalaşan yeni maraqlarının əsasları;
-Avrasiyanın yeni geosiyasi mühitinin meydana gəlməsi və yeni iqtisadi, siyasi subyektlərin maraqlarının formalaşması istiqamətləri;
-Avrasiya geosiyasətinin yeni parametrləri və materikin regionları, xüsusilə, Xəzər, Qara dəniz və Cənubi Qafqaz üzrə yeni geosiyasi mühitin formalaşması;
-Avrasiyanın geosiyasi müstəvisinin yeni kompleks tərkibi;
-Avrasiyanın geosiyasi mühtini formalaşdıran komponentlərin yeni axarı;
-Avrasiyanın geosiyasi mühitində ABŞ kimi nəhəng dövlətin maraqlarının formalaşması əsasları və yeni müstəqil siyasi regionlarla bu dövlətin yeni maraqlarının formalaşması istiqamətləri;
-Avrasiyada meydana gələn yeni bloklaşmalar və yeni regionların hərbi-siyasi və iqtisadi parametlər üzrə geosiyasi statuslarının formalaşması;
-Avrasiyanın təhlükəsizlik sistemi;
-Avro-Atlantika təhlükəsizlik sistemi və Avrasiya subyektləri ilə əlaqələrin, əməkdaşlığın, inteqrasiyanın əsasları;
-Avro-Asiya qovşağında yeni təhlükəsizliyin meydana gəlməsi əsasları;
-Avrasiyada münaqişələr, o cümlədən Ukrayna böhranının səbəbləri və böyük dövlətlərin maraqları kontekstindən izah olunması;
-Xəzər və Qara dəniz regionlarının yeni enerji potensialı mərkəzləri kimi əhəmiyyət kəsb etməsi və bu regionların ABŞ kimi böyük dövlətin diqqətini cəlb etməsi;
-Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müstəqilliyin ilk illərində ölkənin praqmatik və milli təhlükəsizliyə xidmət edən xarici siyasətinin formalaşması istiqamətləri;
-Azərbaycanın Avro-Asiya qovşağında yeni bir birləşdirici qovşaq rolunu oynamasının əsasları;
-Azərbaycanın Avropanın enerji məhsulu ilə təmin olunmasında mühüm potensiala malik olması və eləcə də tranzit mövqeyinin əsasları;
-Cənubi Qafqazın və Xəzərin enerji ehtiyatlarının Cənubi Qafqaz boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmasının əsasları;
-Ölkənin neft diplomatiyasının müasir tarixi mərhələlərinn əsas istiqamətləri;
-Xəzərin enerji ehtiyatlarının təhlükəsiz şəraitdə tranziti üçün Azərbaycanın əlverişli coğrafi-siyasi və tranzit mövqeyi;
-Azərbaycanın dünyanın aparıcı dövlətlərinin geosiyasi oyunlarında özünün milli təhlükəsizliyini təmin etməsinin əsasları;
-Azərbaycanın regionda beynəlxalq tarazlaşdırma siyasətinin parametrləri və ölkənin geosiyasi təhlükəsizliyi üçün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən praqmatik xarici siyasətin müəyyən olunması və xarici siyasətin əsas istiqamətləri;
-Ölkənin xarici siyasətinin onun daxili siyasətlə tamamlanmasının əsas tələbləri və kriteriyalari;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsinin geosiyasi səbəbləri və münaqişənin həlli diplomatiyasının əsasları;
-Münaqişədən böyük dövlətlərin öz maraqları üçün istifadə etməsi və beynəlxalq ədalətin heçə enməsi;
-Münaqişənin həllində beynəlxalq hüququn nəzəri əsasları və praktik olaraq qeyri-tətbiqi və güc diplomatiasının əsas istiqamətləri və digər siyasi proseslər

Əsər bu kriteriyalara görə fundamental elmi əhəmiyyətə malikdir:
-əsərin yüksək səviyyədə ortaya çıxmasında müəllif tərəfindən fəlsəfi-elmi-məntiqi metodlardan yüksək səviyyədə istifadə olunması;
-tarixdə baş vermiş siyasi proseslərin analizi zamanı müəllif tərəfindən deduktiv və induktiv metodlardan peşəkarlıqla istifadə olunması və nəticə etibarilə əsərin sistemli və geniş strukturlu bitkin bir nəticəyə çevrilməsi;
-əsərin ümumməzmun və nəticə etibarilə Azərbaycanın geosiyasət fəlsəfəsini yaratması;
-tarixdə baş verən siyasi hadisələrin geosiyasət elminin tələbləri əsasında təhlil obyektinə çevrilməsi və yüksək elmi qənaətlərin əldə olunması;
-regionda qədim zamanlardan bu yana Azərbaycan dövlətinin formalaşmasının tarixi-siyasi zərurətlərinin regionun beynəlxalq münasibətlər müstəvisində elmi-nəzəri baxımdan üzərə çıxarılması;
-Azərbaycan dövlətinin tarixi ardıcıllıq zamanı ilə təşəkkülünün elmi əsasları və onun digər region dövlətləri ilə əlaqələrinin coğrafi və siyasi parametrlər baxımından təhlli;
-Azərbaycan dövlətinin regionda tarixin müxtəlif vaxtlarında geosiyasət subyektinə çevrilməsinin əsaslarının elmi-sistemli qaydada nəzəri baxımından təhlil obyektinə çevrilməsi və analizlər sayəsində müvafiq elmi nəticələrin əldə edilməsi;
-Azərbaycanın geosiyasi vəziyyətinin tarixi dövrlər üzrə müqayisəli əsasda təhlil obyektinə çevrilməsi-geosiyasətin tarixi mərhələlərlə formalaşmasının əsaslarının elmi parametrlərlə analiz olunması;
-Azərbaycanın regionun geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi və iqtisadi kriteriyalarının sistemli olaraq sintez olunması və müvafiq nəticələrin əldə edilməsi;
-Azərbaycanın regionun böyük (Rusiya, Türkiyə, İran, Ərəb xilafəti) dövlətlərinin tarixi maraq mübarizəsi obyektinə çevrilməsinin elmi –nəzəri əsaslarının predmetli qaydada izah olunması;
-Azərbaycanın müstəqillik qazandıqdan sonra özünün geoiqtisadi və geosiyasi potensialını daxilən gücləndirməsi və bu potensialın dünyanın digər dövlətləri ilə maraq mübarizəsində səmərəli istifadəsinin əsaslarının yüksək elmi təhlili;
-Dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq şəraitində ölkənin özünün geosi
-tarixi hadisələrin geosiyasi parametrlər üzrə zamana müvafiq qaydada geosiyasəti formalaşdırmasının geniş əsasalarla elmi obyektə cəlb olunması və digər amillər
Sadalanan elmi mülahizələri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental elmi əsəri öz bitkin fəlsəfi və ümumiləşdirilmiş elmi əsaslarına görə, eyni zamanda Azərbaycanın geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər.
Rufiz Qonaqov – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq.
Previous Post

Rufiz Qonaqov: Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental tədqiqat əsərinin elmi dəyərləri haqqında

Next Post

Ermənilər ağır itki verdi

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib. Elchi.az " "Fox 23"ə istinadən xəbər verir ki, yanğını...

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Elchi.az-a Azərbaycan...

Next Post

Ermənilər ağır itki verdi

Ermənilər ağır itki verdi

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.