Rubl neftdən sürətlə ucuzlaşır

🗓 15.12.2014 21:05 ✍️ "Elçi" qəzeti
Rubl neftdən sürətlə ucuzlaşır
img1694193Rusiya rublu bazar ertəsi tarixi minimumları təzələyib. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu zaman dollar psixoloji 60, avro isə 75 rublluq baryeri aşıb.
Mütəxəssislərin fikrincə, son günlər rublun kursu nefti qiymətindən aralanıb və xüsusi olaraq əlaqəli deyil. Kurs fundamental faktorlardan əlahiddə dəyişir. Maliyyəçilərin sözlərinə görə, situasiyaya yalnız Mərkəzi Bank təsir edə bilər – banklar üçün rubl likvidliyini daha çox məhdudlaşdırmaqla və bazara genişmiqyaslı müdaxilələr eləməklə.
Bu gün Moskva birjalarında rublun dollara nisbəti 61, avroya nisbəti isə 76 rubl olub.
 

Bənzər yazılar