Rubl daha da dəyərdən düşdü

Moskva birjasında avronun kursu bu gün ilk dəfə olaraq psixoloji baryeri keçərək 68 rubla qalxıb. Ötən günlə müqayisədə avro 1, 3 rubl bahalaşıb. Musavat.com-un
Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, dolların kursu da 70 qəpik qalxaraq 54,78 rubl olub.

“Rublun dəyərdən düşməyə başlaması neftin ucuzlaşması ilə birbaşa bağlıdır. 1 saat ərzində neft 1 dollar ucuzlaşdı” – deyir maliyyəçi Aleksabr Mülberqer. “Metallinvestbank”ın konversiya əməliyyatları şöbəsinin rəisi Aleksandr Panaçenko da onunla razıdır: “Rublun qəfil zəifləməsinin başqa fundamental səbəbləri olmayıb”.