"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Rövşən Lənkəranski Lotu Hikmətin qətlində ittiham olundu – ŞOK İDDİALAR

16 Sentyabr 2014 - 10:08
in Kateqoriyasız
FacebookVatsap

Bunu da oxuyun

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

“Könüllü DOST” proqramına 20 min müraciət olub

Sabahın hava proqnozu açıqlanıb

Məşhur rusiyalı araşdırmaçı “oğru dünyası”nın pərdə arxasında baş verənlərlə bağlı “Bizim Yol”a ilginc açıqlamalar verdi
lenkeranskiVladimir Kireyev: “Mirseymurun qətlini Canıyev sifariş vermişdi” “Rusiyanın bəzi bölgələrində kriminal aləm paralel hakimiyyət sayılır” “Hazırda Rövşənin ovuna çıxanlar onun başına 15 milyon dollar qoyublar”
Keçmiş SSRİ məkanında “qanuni oğrular” adlandrılanlar arasında azərbaycanlılar da az deyil. “Lotu Bəxtiyar“ və “Sabirabadlı Hikmətdən” sonra yəqin ki, “Rövşən Lənkəranski”  kriminal aləmdə ən tanınan “avtoritet”lərdən biridir. Rusiya mətbuatının yazdığına görə, “qanuni oğru” adlandırılanların xaç atası sayılan, bir müddət əvvəl sui-qəsd nəticəsində öldürülən “Ded Xasan” bir dəfə Rövşən barədə: “Rövşən anadan “qanuni oğru” doğulub” ifadəsini işlədir.
Kimdir Ukrayna və Rusiya hüquq-mühafizə orqanlarının cinayət başında yaxalaya bilmədikləri bu Rövşən Lənkəranski? 
Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) – Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T. İsmayılov küçəsi, ev 26-da anadan olub. İlk dəfə həbsxanaya 1996-cı ildə düşüb. Maraqlıdır ki, Rövşən Canıyevin atası Rafiq Canıyev milis əməkdaşı idi. Dayısı da daxili işlər şöbəsində işləyirdi.
Rövşənin 17 yaşı olarkən atası kriminal aləmdə tanınan bir “avtoritet” – Quliyev tərəfindən qətlə yetirilib. 1996-cı ildə Quliyevin məhkəməsi zamanı müttəhim son sözünü söyləyərkən məhbəsdən buraxılandan sonra  Rafiq Canıyevin bütün qohum əqrəbasını məhv edəcəyini bildirir. Bu vaxt Rövşən ayağa qalxaraq cibindən çıxardığı tapança ilə müttəhimə dörd dəfə atəş açır.
21 yaşlı Rövşənin məhkəməsi zamanı prokuror onun əməlini 12 illik həbs cəzası ilə qiymətləndirsə də, hakim müttəhimin cinayət törətdiyi vaxt affekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alaraq, onu cəmi 2 il müddətinə cəzalandırmaq haqqında qərar çıxarır. İki il günə-gün “oturduqdan” sonra azadlığa çıxan Rövşən artıq gələcək həyatının hansı yolla davam edəcəyini qət eləmişdi. O, “qanuni oğru” həyatını seçmişdi.
O, 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Bu dəfə Cinayət Məcəlləsinin 15.94-cü maddəsi (Qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb.
Cəmi 1 il sonra Rövşən yenə də azadlığa çıxır. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilir, amma 2002-ci ildə Rövşən barəsində olan həmin cinayət işi təzələnib. Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01 iyul 2002-ci il tarixdə axtarış elan olunub.
2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda Elçin Yevlaxskinin qətlə yetirilməsini bəzi rəqibləri Canıyevin üstünə yıxmağa çalışsalar da, cəhdləri baş tutmayıb. 2006-cı ildə Kutaisi klanının Moskvada keçirdiyi “sxodka” iştirakçıları MUR əməkdaşları tərəfindən saxlanılanda Rövşən də Petrovka-38-ə gətirildi. Həmin vaxt Lənkəranski beynəlxalq axtarışda olsa da, saxta sənədlər sayəsində həbsdən yaxa qurtara bildi. Ukrayna MCMİ-nin məlumatına görə, Rövşən Canıyev xəfiyyələr tərəfindən üç dəfə bu ölkədə saxlanılıb.
2008-ci ilin soyuq fevralında Rövşən özəl mehmanxanalardan birində dincələrkən, qapı döyülmədən açılır və otağa beş-altı nəfər girir. Rövşəni milis bölməsinə aparırlar. Elə həmin gün Şevçenko rayon məhkəməsi Canıyevə 40 sutkalıq həbs cəzası kəsir. Rövşənin xilası üçün Ukraynanın ən savadlı vəkilləri işə girişirlər. On gün sonra isə Lənkəranskini Azərbaycana ekstradisiya edirlər.
2010-cu ilin sentyabrın əvvəllərində Rövşənin yaxın tərəfdaşlarından biri – Vaqif Tukanov qətlə yetirilir. Olaydan iki həftə sonra, yəni ayın 16-da Moskvada Aslan Usoyana sui-qəsd təşkil olunur. Hadisədən bir gün əvvəl Ukrayna hüquq-mühafizə orqanları Kiyevdə Rövşəni saxlayaraq KPZ-yə oturtmuşdular. “Praym Kraym”-ın yayımladığı xəbərə görə, Canıyev Moskva – Kiyev qatarından düşərkən perronda əməliyyatçılar tərəfindən “gül-çiçəklə” qarşılanmışdı. 2012-ci ilin iyununda Dubayda dincələn Rövşənə sui-qəsd təşkil olundu. Onu üç bıçaq yarası ilə ağır vəziyyətdə reanimasiyaya çatdırdılar.
Sabirabadlı Hikmət və Masallı Mamedin ölümlərindən sonra, Moskvada bir neçə tanınmış avtoritetin qətli Rövşəni radikal qərarlar qəbul etməyə vadar edirdi. Belə ki, azərbaycanlı “oğruları” hiss olunacaq dərəcədə sıxışdıraraq nüfuz dairələrindən uzaqlaşdırmaq istəyirdilər.
Xatırladaq ki, Rövşənə nüfuzlu azərbaycanlı “qanuni oğru” Mirseymur  “tac” qoyub. Sabirabadlı Hikmət, Çingiz Axundovun ölümündən sonra Rövşən azərbaycanlıların Moskvadakı biznesinə nəzarət etməyə başladı. Rövşən azərbaycanlıların çoxluq təşkil etdiyi bazarlarda – məsələn, Çerkizov bazarında Ded Xasanın ağalıq etməsini qəbul etmirdi. Elə bu səbəbdən də Ded Xasan onunla düşmən olmuşdu. Bu zaman Rövşənlə Ded Xasana müxalif olan daha bir “qanuni oğru” Tariyel Oniani (Taro) yaxınlaşdı. Rusiya mətbuatı öz mənbələrinə istinadən yazır ki, Ded Xasanın ölümünün arxasında, çox güman ki, elə Rövşənlə Taro dayanır. Versiyalar çoxdur, Ded Xasanı Rusiya hüquq-mühafizə orqanları da aradan götürə bilərdi ki, “oğrular” bir-biri ilə mübarizə aparsınlar. Amma fakt ondan barətdir ki, bu gün Rövşən Rusiyada kriminal aləmdə Tarodan sonra ilk yerdədir.
Beləliklə, “Bizim Yol” əməkdaşı azərbaycanlı “qanuni oğruların” kriminal aləmdə yeri, xüsusilə, Rövşən Lənkəranski faktoru ətrafında Rusiyanın tanınmış sosioloqu, kriminal aləm barədə əsas araşdırmaçılardan biri sayılan Vladimir Kireyevlə həmsöhbət olub.
– Vladimir, Rusiya kriminal aləmində nələr baş verir? “Qanuni oğrular” yenə də əvvəlki kimi təsirə sahibdir? 
 
– Rusiyanın müxtəlif  bölgələrində “qanuni oğruların”, kriminal aləmin təsiri müxtəlifdir. Elə bölgə var ki, onlar hakimiyyətə paralel hakimiyyət sayılırlar, elə bölgə də var ki, “oğru”ların təsiri olduqca minimaldır. Ümumi tendensiya isə belədir: 90-cı illərin əvvəlində güclənən, müstəqillik xaosu mühitində hakim olan kriminal aləm bu gün o qədər də güclü deyil. Rusiyada yeni hakimiyyətin mövqeyi belədir – onlar hakimiyyət məsələsində konkurensiyanın mövcudluğunu qəbul etmirlər.  Bu da təbiidir.
Amma Rusiyanın müxtəlif bölgələrində bir-iki situasiyaya təsir edən kriminal qruplar var ki, onlar da ümumi “mərkəzə” bağlıdırlar. 90-cı illərin kriminal mühitindən çıxan, artıq leqallaşan insanlar isə öz imkanlarını indi kriminal aləmdən daha çox siyasi hakimiyyətə yönəldirlər. İndi onlar Rusiya kriminal sisteminin deyil, leqal siyasi sistemin tərkib hissəsidirlər.
Bir sıra kriminal “avtoritet”lər Moskvada külli miqdarda dəyəri olan obyektlərə sahibdirlər, amma bütün Rusiya miqyasında götürəndə, bu, o qədər də çox deyil. Hakimiyyətdə olan elita kriminal aləmə nəzarət eləmir, amma siyasi elitanın bu aləmə nüfuzu burada baş verənlərə təsir etmək üçün olduqca yüksəkdir. Götürək elə Aslan Usoyanı (Ded Xasan) – indi o da Rusiyanın ilk prezidenti Boris Yeltsin kimi ölkənin bir tarixidir. Yenidənqurma, SSRİ-nin dağılması və digər qlobal problemlər kimi, Ded Xasan da gələcək tədqiqatlar üçün mövzu olacaq.
– Son zamanlar, xüsusən də, “Ded Xasan” ləqəbli kriminal avtoritetin ölümündən sonra kriminal aləmdə Rövşən Lənkəranski adı gündəmə gəlib. Uzun müddətdir ki, “oğru” aləmi barədə tədqiqatlar aparırsınız. Rusiya kriminal aləmi üçün Rövşən Lənkəranski adı nə deməkdir? 
– Bir az düzəliş edim. Rövşən Lənkəranski adı kriminal aləmdə heç də “Ded Xasan”ın ölümündən sonra meydana çıxmayıb. 2000-ci ildə Rövşən Bakının mərkəzində günün günorta çağı tapançadan Kəramət Məmmədov adlı kriminal “avtoritet”i yaralayır. Hadisə yerindən qaçmağa cəhd edərkən tutulub və möhkəm döyülüb. Kəllə-beyin travması alan Rövşən psixi xəstəlikdən əziyyət çəkməyə başladı. İlk dəfə onun adı kriminal aləmdə məhz belə tanındı.
– Demək istəyirsiniz ki, Rövşəni “qanuni oğru” kürsüsünə xəstəlik çıxardı?  
– Çıxarmasa da, kömək etdi. Psixi xəstəlik deyəndə pis başa düşməyin. Bu zədə nəticəsində Rövşən nüfuzlu adlar qarşısında qorxu hissini itirdi. Mən eşitmişəm ki, onun Rusiyaya köçməsinin bir səbəbi də qohumlarının onu burada müalicə etmək istəyi idi. Amma bunun əvəzində Rövşən “qanuni oğru”ya çevrildi. 2002-ci ildə o, Rusiya vətəndaşlığı aldı. Az bir zamanda nəinki Rusiyada və Ukraynada, hətta Avropa ölkələrində belə kriminal aləmdə tanındı.
– Açıq mənbələrdə bildirilir ki, Rövşənə “oğru” adını nüfuzlu “qanuni oğru” Mirseymur verib. Onun Rusiya kriminal dünyasında bu qədər hörməti vardı? 
– Bəli, Rövşənə oğru adını Mirseymur verib. O, Moskvada bir çox bazarlara nəzarət edirdi. 2003-cü ildə Mirseymur Şelkovskoye şossesində yerləşən “Peşera” kafesində öldürüldü. Mən bu günə qədər əminəm ki, onu məhz Rövşən sifariş etmişdi.
– Sənə “oğru” adını verənin qətlini sifariş etmək? Axı bildiyimə görə, “oğru aləmində” bu qəbuledilən deyil… 
 – Söhbətimizin əvvəlində nədən danışırdıq?
– Rövşənin xəstəliyindən…
– Tamamilə doğrudur. O, anlaqlı vəziyyətdə deyil. Hər şey çox sadədir, diqqət yetirin: Rusiyaya narkotik dövriyyəsinə, Moskvanın bütün tərəvəz bazalarına, Çerkizov bazarına  nəzarət edən Hikmət Muxtarovun və Çingiz Axundovun müəmmalı ölümündən, nüfuzlu “qanuni oğrular” Baxış Əliyev və Vaqif Lənkəranskinin həbsindən sonra, Rövşən bir çox azərbaycanlıların Moskvadakı bütün biznesinə nəzarət etməyə başladı. Bu qədər təsadüf ola bilərmi? Məncə, yox.
– Belə çıxır ki, Rövşən “Ded Xasan”ın qətlini də sifariş verə bilərdi? 
– Bax, buna inanmıram.
– Niyə? 
– Məndə olan məlumata görə, Rövşən o zaman başqa problemlərin həlli ilə məşğul idi. Bəzi mənbələr qeyd edir ki, onun vətənində hüquq-mühafizə orqanları ilə problemləri vardı və ümumiyyətlə, “Ded Xasan” öldürüləndə Lənkəranski Azərbaycanda olub. Məncə, onu sadəcə olaraq, “podstavit” ediblər. “Ded Xasan”ın öldürüləcəyi barədə söhbətlər çoxdan gəzirdi. Onu elə mənsub olduğu yezidi-kürdləri sifariş edə bilərdilər.
– Nə məqsədlə? 
– Məqsəd Rövşənin aradan götürülməsi idi. Çoxları başa düşürdü ki, yaşlı “Ded Xasan”dan sonra kriminal aləminin kralı məhz Rövşən ola bilər.
– Rövşən kral ola bilmədi?
– Bilmədi. Daha doğrusu, imkan vermədilər. İndi onun başına 15 milyon dollar qiymət qoyublar. Maraqlıdır ki, onun öldürülməsinə daha çox marağı yezidi kürdlərin kriminal dəstələri göstərir. Amma onun Azərbaycanlı kriminallar  tərəfindən öldürüldüyünü eşitsəm, təəccüblənmərəm.
– Özününkülər tərəfdən…? 
– Bəli. Son zamanlar  məşhur azərbaycanlı “qanuni oğru”nun (adını məlum mülahizələrə görə çəkmirik – red.) klanından olan insanlar Rövşənin ovuna çıxıblar. Rövşən Rusiya mətbuatında adı kifayət qədər çox çəkilən fiqurdur. Hesab edirəm ki, bu da təsadüfi deyil.
– Bəs indi Rövşən hardadır və nə işlə məşğuldur? 
– Açıq mənbələrdən aldığım məlumatlara görə, Rövşən indi Birləşmiş Ərəb Əmirliyindədir. Amma onu da eşitmişəm ki, Əmirlik rəhbərliyi ondan yaxın zamanlarda Dubayı tərk etməsini xahiş edib.
Tags: HADİSƏ MANŞET
Previous Post

Rövşən Lənkəranski Lotu Hikmətin qətlində ittiham olundu – ŞOK İDDİALAR

Next Post

“Mosul İŞİD-in paytaxtı oldu”

Bənzər yazılar

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

21 İyul 2026 - 12:26

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 22-də şimal-qərb küləyi...

“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15

“Könüllü DOST” proqramına cari ilin birinci yarımili ərzində 20 min müraciət olub, 776 şəxs proqrama cəlb olunub. Elchi.az xəbər verir...

İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08

Sabah Azərbaycanda hava necə olacaq? İyulun 22-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

21 İyul 2026 - 11:55

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib. Bu barədə Elchi.az-a AZAL-dan məlumat verilib. Bildirilib...

Next Post

“Mosul İŞİD-in paytaxtı oldu”

Şeyx “ehsan qadağası”na qarşı

Son xəbərlər

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

21 İyul 2026 - 12:26
“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

21 İyul 2026 - 11:55
Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 11:47
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

21 İyul 2026 - 11:43
Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb

Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb

21 İyul 2026 - 11:33
Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

21 İyul 2026 - 11:26
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 11:15
Litva kritik infrastruktur mühafizəsini gücləndirir

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

21 İyul 2026 - 11:12
Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

21 İyul 2026 - 11:11
Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident Belçika Kralını təbrik edib

21 İyul 2026 - 11:10
Yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb – SİYAHI

Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb

21 İyul 2026 - 11:03
Messi Argentina millisi ilə vidalaşıb

Messi Argentina millisi ilə vidalaşıb

21 İyul 2026 - 10:55
Trampa İranla yeni bir barışıq təklif olunub

Trampa İranla yeni bir barışıq təklif olunub

21 İyul 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.